Yuxarı

Azərbaycanlı əsir İrəvanda əməliyyat edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın əsir götürdüyü azərbaycanlı Elvin İbrahimov Erebuni tibb mərkəzində əməliyyat edilib.

Axar.az xəbər verir ki, bu məlumatı Ermənistan Ədliyyə Nazirliyi yayıb. Əməliyyat aprelin 24-də baş tutub. Belə ki, əməliyyat nəticəsində onun mədəsindən yad cisim çıxarılıb. Hazırda İbrahimovun vəziyyətinin yaxşı olduğu vurğulanıb.

Qeyd edək ki, Qazax rayonunun Yuxarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu cari il mart ayının 15-dən 16-na keçən gecə Qazax rayonunun Ermənistanın Noyemberyan rayonu ilə sərhəd xəttində yolu azaraq qarşı tərəfə keçib.

E.İbrahimov sərhədi keçərkən Ermənistan hərbçiləri tərəfindən açılmış atəş nəticəsində yaralanıb. Aidiyyəti beynəlxalq təşkilatlar E.İbrahimovun yaralanması və Ermənistan hərbçiləri tərəfindən saxlanılması faktını təsdiq edərək həyatı üçün təhlükənin olmadığını bildiriblər. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası isə əsir düşən E.İbrahimovun ruhi xəstə olması haqqında məlumat yayıb.

Tarix
2019.04.26 / 09:33
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Laçında İlham Əliyevin Şəriflə məhdud tərkibdə görüşü keçirildi

Laçında Üçtərəfli Zirvə Toplantısı keçiriləcək

Bu qərar şagirdlərdə psixoloji gərginlik yaradacaq - Ekspert

Onlar İlham Əliyevi təbrik etdi

Sülh üçün nadir fürsət var - Rubinyan

Azərbaycan bundan ildə 300 milyon dollar gəlir əldə edə bilər

Bakıda islamofobiya ilə bağlı konfrans başa çatdı

“Erməni soyqırımı” ilə bağlı şok etiraf: Həqiqət budur!

Bakıda mühüm tədbir: Birgə Kommunike qəbul olundu

İlham Əliyev onu məhz bu xahişə görə əfv edib

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla