Yuxarı

Lotu Quli - Lənkəranski savaşının gizlinləri – Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hansı səbəbdəndirsə, oğru qanunları və ümumiyyətlə, kriminal avtoritetlər daim cəmiyyətin diqqət mərkəzində olub. Həm Sovet dönəmlərində, həm də indi qanuni oğrularla bağlı yayılan hər hansı bir xəbər sadə vətəndaşlar tərəfin maraqla qarşılanıb.

Hazırda ölkəmizdə sözügedən sahəni araşdıran bir çox şəxslər var. Lakin onların arasında ən tanınmışı Bəhram Çələbidir. Qanuni oğrular haqda bir neçə kitabın müəllifi olan Bəhram Çələbinin ilk kitabı "Diktator Ağakərim"dir. 1996-cı ildən etibarən kriminal mövzularla məqalələr hazırlayan müəllifin "Zolotoy mujik", "Lotu Bəxtiyar", "Dağlı Cavanşir", "Lotular, cayıllar və…", "Sabirabadlı Hikmət", "TT Nəriman", "Zina Pasajskaya", "Rusiya mafiyasının liderləri" kimi əsərləri işıq üzü görüb.

Qeyd etdiyimiz kimi, Bəhram Çələbi oğru qanunlarından, kriminal aləmin sayılıb-seçilən şəxsləri barəsində kifayət qədər məlumatlı olduğundan "Publika.az" məhz bu mövzuda onunla söhbətləşmək qərarına gəlib. Axar.az həmin müsahibəni təqdim edir:

- Oğru dünyası haqda oxucularımıza bir qədər məlumat verərdiniz. "Qanuni oğru"lar nə zamandan bəri və hansı səbəbdən yarandı?

- Cinayətkarlar qazamata düşdükdən sonra orda qayda-qanun yaratmaq üçün qanuni oğrular peyda oldu. İlk dəfə qanuni oğrular 1650-ci illərdə Fransada, daha sonra isə İkinci Yekaterinanın dövründə Çar Rusiyasında yaranmağa başladı. Onu da qeyd edim ki, Rusiyada oğru aləmi ilk dəfə məhz fransızlar tərəfindən Arxangelskidə yaradılıb. Məhbəsin rəisləri, rəhbər şəxsləri dustaqlara lazımınca baxmadıqları üçün qanuni oğruların formalaşdırılması zərurəti ortaya çıxıb. Beləcə, 17-ci əsrin ortalarından etibarən kriminal aləmdə oğru qanunları öz sözünü deməyə başladı. Bundan sonra dustaqların vəziyyəti bir qədər yaxşılaşdı. Çünki qanuni oğrular müxtəlif vasitələrlə dustaqlara yardım edir, eləcə də qazamatın rəhbərliyi ilə razılığa gəlib məhbusların müəyyən işlərə cəlb olunmasına şərait yaradırdılar. O zamanlar bu, hər iki tərəfin maraqlarına cavab verirdi.

Oğru dünyasının yüksəliş dövrü Stalinin zamanına təsadüf edir. Belə ki, 1920-22-ci illərdən başlayaraq Stalin dustaqları məhv etmək üçün onları əzablı işlərdə çalışdırmaq barədə qərar verir. Məsələn, Stalin əslən Türkiyədən olan yəhudi Naftaliy Aronoviç Frenkeli özünə köməkçi təyin edir və ona Volqa-Don kanalını çəkməyi tapşırır. Kanalın tikintisi zamanı az qala on milyona yaxın dustağın əməyindən istifadə olunub. Bundan sonra ona Leninqrad (indiki Sankt-Peterburq) tərəfdə daha bir kanal çəkmək tapşırılıb. Və bu zaman da məhbusları gecə-gündüz ağır şəraitdə işlədiblər. Hər iki kanal tikilib başa çatdıqda 2 milyona yaxın dustaq məhv olmuşdu. Onu da deyim ki, Stalinin göstərişi ilə kanalların tikintisi zamanı məhbusların üstündə briqadir kimi qanuni oğrular təyin olunurdu. Bu da öz təsirini göstərdi.

- Qanuni oğruların özlərinə məxsus hansı qanunları, qaydaları var? Ümumiyyətlə, bu ad məhbusa hansı meyarlara görə verilir?

- 1940-cı ilə qədər belə idi ki, hökumətə qarşı olduğunu və qanuni oğru adını daşıya biləcəyini elan edən şəxsi yoxladıqdan sonra ona bu adı verirdilər. O zamanlar Leninqradda "Qarbatıy Yuriy" ləqəbli qanuni oğru Alekseyev Yuriy Vasilyeviç olub. O bildirib ki, həmin dövrdə 15 min dustağın arasında təxminən 1500 qanuni oğru olub. Yəni kim özünün qanuni oğru olduğunu elan edirdisə, müəyyən mərhələdən sonra ona bu ad verilirdi. 1941-ci ildə Böyük Vətən Müharibəsi başladıqda əsgərliyə gedən, Vətənin keşiyini çəkən qanuni oğrulara "polskiye vorı" adını qoydular. Digərləri onları "oğrudan dönmüş oğru" adlandırırdılar. Beləliklə, əsl qanuni oğrular onları öz sıralarına qəbul etmədilər. Nəticədə, onlar arasında böyük müharibə başladı. Vəziyyət o həddə çatmışdı ki, onlar bir-birini gördüyü yerdəcə qətlə yetirirdilər. Qeyd edim ki, əsl qanuni oğrular özlərini "nepmanskiye vorı" adlandırırdılar. Qarbatıy Yuriy deyir ki, Saxalində ümumi sayı 1500 nəfər olan qanuni oğru bir-birinə qarşı vuruşub və təxminən, 800 nəfərə yaxın insan qırılıb. Ümumiyyətlə, "nepmanskiye vorı" ilə "polskiye vorı" arasında daim gərgin mübarizə gedib. Onların bir-birini görməyə gözü olmayıb.

1961-ci ildə belə bir qayda-qanun çıxdı ki, Zaqafqaziya oğruları ailə ilə sıx bağlı olduğundan, onlara evlənmək üçün icazə verilsin. Həmin dövrə kimi qanuni oğrulara ailə qurmaq qəti qadağan idi.

- Bəhram müəllim, bəzi bilgilərə görə, bu qərar 1998-ci ildə keçirilmış oğruların geniş "referendum"unda qəbul olunub…

- Yox, bu dəqiq tarixdir. Hətta Sanka Zver məhz 1961-ci ildə elan edib ki, mən daha oğru deyiləm. O, bunu oradan çıxmaq üçün yalandan edib. Eləcə də Novxanılı Əhməd, Doktor Ağoppa və digərləri qanuni oğruların ideyalarını qəbul etdiklərini bildirməklə yanaşı, ailə quracaqlarını bəyan ediblər. Onlar icazə aldıqdan sonra evləniblər. Sonradan Sanka Zver 1970-ci ildə özünə toy edib. O vaxta kimi isə onların evlənməyə ixtiyarı yox idi. Çünki ailə qurduqdan sonra qanuni oğrular dustaqlara yox, ailələrinə xidmət edəcəkdilər. Bu səbəbdən də əvvəllər buna icazə verilmirdi.

- Qanuni oğruların "sxodka"ları əsasən hansı zərurətdən çağırılır?

- Əslində, "sxodka"ya bir növ qurultay adı da vermək olar. İndiyədək oğruların ən yadda qalan "sxodka"ları Soçidə və Novqorodda baş tutub. İndiyədək bir dəfə ən böyük "sxodka" təşkil olunub və ora bütün Sovet ölkələrindən, hətta xaricdən belə oğrular gəliblər. Bu cür iclaslarda qanuni oğrular bir sıra mühüm məsələləri, öz çatışmazlıqlarını, hansısa problemləri yoluna qoymağa, öz ideyalarını yeritməyə çalışırlar.

- "Obşak" həm də "vorovskaya kassa" adı ilə tanınır. Yəni bunu bir növ qarşılıqlı yardımlaşma kimi də qəbul etmək olarmı?

- "Obşak" kriminal aləmdə tez-tez istifadə olunan jarqonlardandır. İki cür həbsxana var: onlardan birinə "qırmızı", digərinə isə "qara" deyirlər. "Qırmızı türmə"də rəhbər şəxslər, dövlət adamları, polis və prokurorluq, bir sözlə dövlət adamları və onlara işləyən dustaqlar olurlar. "Qırmızı zon"da "obşak" olmur. Lakin "qara zon"da mütləq "obşak" olmalıdır. Həm bizdə, həm də postsovet ölkələrinin əksəriyyətində həbsxanalarda vəziyyət o qədər də ürəkaçan deyil. Bu səbəbdən də "obşak" məhbusların bəzi problemlərinin yoluna qoyulmasına yardım edir. Dustaqlara çay, siqaret, dava-dərman, hətta pul belə "obşak"dan verilir.

- Son dövrlər bəzi qanuni oğrular iş adamlarından, biznesmenlərdən bir o qədər də fərqlənmir. Sizcə, qanuni oğruların həyat tərzi necə olmalıdır?

- "Nepmanskiye vorı" ömürlərinin sonunadək evlənməyiblər. Onların qaydalarına görə, "qanuni oğru" türmədən çıxdıqdan sonra uzağı 6 ay çöldə qala bilər. Bu müddət tamam olduqda onlar yenidən oğurluq edib həbsxanaya düşməlidir. O zaman kriminal aləmdə belə bir deyim vardı ki, əsl oğrunun yeri türmədə olmalıdır. Əvvəllər qanuni oğrunun heç nəyi olmayıb. O, ideya adamı olduğundan sadə həyat tərzi keçirib, qazandığının böyük bir hissəsini məhbuslara xərcləyib. İndi isə demək olar ki, əsl qanuni oğru yoxdur. Məsələn, Lotu Hikməti götürək. O, əvvəllər əsl oğru kimi yaşayıb. Lakin sonradan kommersiyaya qoşulub. Düzdür, o, həbsxanalara "qrev" göndərsə də, özünün bank hesabı, bazarları olub. Bundan başqa, Moskvanın "obşak"ına baxan Paşa Çirul özünə 3 milyon dollarlıq malikanə tikdirib. Yaponçikin oğulluğu olan Kalinanın hələ sovet illərində özünün mehmanxanası vardı. İndi də belələri var. Halbuki qanuni oğrunun biznes fəaliyyəti ilə məşğul olması, digərlərindən fərqli həyat tərzi keçirməsi yolverilməzdir. Lakin bəzi hallarda buna riayət olunmur.

- Bəhram müəllim, sizcə Rövşən Lənkəranski və Lotu Quli arasında artıq bir müddətdir davam edən mübarizənin kökündə duran əsas səbəb nədir?

- Təbii ki, onların ideyası eynidir. Burada söhbət maliyyədən, təsir dairəsindən gedir. Yəni nüfuz dairəsi uğrunda mübarizədir. Məsələn, əvvəllər Ded Xasanla Rudik Bakinski arasında ciddi konflikt vardı. Əslində, Rudik Ded Xasandan tanınmış oğru olub. O, bütün SSRİ-də ən böyük oğrulardan sayılırdı. Çünki Rudik qazancının təxminən 90 faizini "obşak"lara verirdi, həbsxanalara "qrev" göndərirdi. Onunla Ded Xasan arasındakı mübarizə də məhz nüfuz dairəsi uğrunda gedirdi. Onlar arasında münasibətlər müharibə səviyyəsinə kimi gəldi və nəticədə hər iki tərəfdən 150 nəfərə yaxın adam öldürüldü. Odur ki, bugünkü mübarizə də elə nüfuz dairəsi uğrunda gedir.

Tarix
2014.12.11 / 10:49
Müəllif
Axar.az
Digər xəbərlər

Netanyahu və Ərdoğan Bakıya gəlir – İrəvandan baxış

"Azərsun Holdinq”in yeni sədri bəlli oldu

Mnatsakanyan təsdiqlədi: "Ordunun komandanı" olub

Rustavidə saxlanılan İŞİD üzvü Azərbaycan vətəndaşıdır

Hikmət Hacıyev beyin mərkəzlərinin rəhbərləri ilə görüşdü

Əmlakın müsadirəsi ilə bağlı yeni qərar

Balayanın 1991-ci ildə istintaqa ifadəsi: hücum edənlər...

Ağacları kütləvi şəkildə kəsənlər vəzifəli şəxslər imiş

Pənahov ABŞ-da 2 milyonluq villanı hansı pulla alıb?

Başçı bir ərazini iki şəxsə satdı, məhkəməni isə saymırlar...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla