Yuxarı

“Nar” 4G istifadəçilərinin sayı 700 minə çatıb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Nar” 4G istifadəçilərinin sayı 700 minə çatıb

Ölkənin ən geniş 4G şəbəkələrindən birinə malik olan “Nar”ın 4G istifadəçilərinin sayı sürətlə artmaqdadır. Son 1 il ərzində “Nar” 4G internetindən istifadə edənlərin sayı 2 dəfə artaraq 700 minə çatıb. Mobil operatorun 4G istifadəçilərinin sayının artmasına ölkə arazisində yeni baza stansiyalarının quraşdırılması, “Nar”ın təqdim etdiyi paketlər və tariflər, eləcədə 4G smartfon penetrasiyasının artımı təsir edib. Qeyd edək ki, son 1 il ərzində “Nar”ın smartfon istifadəçilərinin sayı 23% artıb.

Axar.az xəbər verir ki, “Nar” yüksəkkeyfiyyətli 4G xidmətini paytaxtla yanaşı, bölgələrdə, şəhər və rayon mərkəzlərində də təqdim etməkdədir. “Nar” 4G istifadəçilərinin 71%-i paytaxt Bakının, 29%-i isə regionların payına düşür. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 4G internetindən istifadə edənlərin sayı Bakıda 91%, regionlarda isə 120% artıb. Ümumilikdə, “Nar” abunəçilərinin 25%-i yüksəksürətli 4G internetinin istifadəçisidir. Hazırda “Nar” istifadəçilərinin sayı 2,3 milyonu ötüb.

Mobil operatorun şəbəkəsi haqqında ətraflı məlumatı nar.az saytından əldə edə bilərsiniz.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 7400-dən artıq baza stansiyası ilə abunəçilərə yüksəkkeyfiyyətli xidmət göstərir.

Tarix
2019.06.25 / 16:35
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan səfirliyinə hücum qəbuledilməzdir - Belçika

Daşkənddə Azərbaycan bayrağı proyeksiya olundu - Foto

Şimali Kipr lideri Azərbaycan nümayəndələrini qəbul etdi

​5 gün ardıcıl qeyri-iş günü olacaq - Tarixlər

Fransadan Azərbaycan səfirliyini hədəf alan hücuma reaksiya

Bayramovun da iştirak etdiyi görüşdə nələr müzakirə edildi?

İlham Əliyev Daşkənddə ziyafətdə - Video

İlqar Hacıyev Baş Prokurorluğa çağırıldı

Əliyev Daşkənddə tədbirdə: Alim Qasımov mükafatlandırıldı

Prezident Daşkənddə İslam Sivilizasiyası Mərkəzində - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla