Dünyanın hər yerində
insanlar Yeni ili eyni ümidlərlə — xoş möcüzələr, yeni uğurlar,
xoşbəxtlik arzusuyla gözləyir və bayramı hərə öz adət-ənənəsinə
uyğun qarşılayır. Uğur gətirən, hədiyyə verən isə Şaxta babadır.
Yeni ilin simvolu olan Şaxta babanın müxtəlif xalqlarda adı da
müxtəlifdir: Rusiyada Ded Moroz, Fransada Per Noel (Noel ata),
Türkiyədə Noel Baba, ABŞ-da Santa Klaus və sair.
Necə adlanmasından asılı olmayaraq, Şaxta babanın bir vətəni
olduğuna inanırlar: Laplandiya.
Görəsən, hər il Şaxta baba ilə bərabər, Yeni il şənliklərinin
"simvoluna" çevrilən və bütün məclislərin
iştirakçısı-aparıcısı-ifaçısı olan məşhurlar "həmkarlarının" rəmzi
ölkəsini tanıyırmı?
Rəqasə Oksana Rəsulova:
- Açığı bilmirəm, yalan nə deyim? Düşünürəm ki, ən soyuq yer
haradırsa, oradır. Təxminən Alyaska ola bilər.
Nüşabə Ələsgərli
- Laplandiya.
Ədalət Şükürov
- Deyilənə görə, Şaxta babanın vətəni Laplandiyadır. Amma
əslində belə deyil. Öncə Şaxta baba Yunanıstanda yaranıb, sonra
Laplandiyaya, Hollandiyaya, Amerikaya gedib çıxıb.
Səidə Dadaşova:
- Düzü, dəqiq cavab verə bilməyəcəm. Güman ki, Şaxta babanın
vətəni Skandinaviya ölkələrindən biri, Finlandiyadır.
Müğənni Kərim Abbasov
- Hollandiya.