Yuxarı

Sabirabadda yemişi 10 qəpiyə alıb, Bakıda... – Nazirlik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabadda bostandan alınan yemişin 1 kiloqramı 10-12 qəpikdir.

Axar.az xəbər verir ki, bunu paytaxtda yemişin qiymətinin baha olmasına münasibət bildirən Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov qeyd edib. O bildirib ki, alverçilər bostandan 10 qəpiyə aldıqları yemişi paytaxtda 1.50 manata satır:

“Fermerlər sahədən topdan məhsul alanların, yəni alverçilərin Bakıda yemişin 1 kiloqramını 25 qəpikdən satdıqlarını deyərək, 8 ay əziyyət çəkib məhsul yetişdirmiş kəndlidən məhsulu daha ucuz satmağı tələb etdiyini bildirirlər. Yəni, alverçi, vasitəçi dediyimiz zümrə o 1-2 qəpiyi də fermerə çox görür. Üstəlik özlərinin yaratdığı bahalığı yazıq fermerin boynuna ataraq, "sahədən baha almışıq, ona görə baha satırıq" deyib kəndlinin günahına girirlər”.

Nazirlik rəsmisi Sabirabadın Sərxanbəyli kəndindən cəmi 80 kilometr məsafədə, Bakı-Qazax magistral yolunun kənarında fəaliyyət göstərən marketin qarşısında çəkdiyi fotonu da paylaşıb:

“Fermerdən 10 qəpiyə aldıqları yemişi 55 qəpiyə satırlar. Paytaxt supermarketlərində fermerdən 10 qəpiyə alınan yemiş isə alıcılara 1 manata, manat yarıma satılır. Fermerin əməyinə yazıq”.

Tarix
2019.07.24 / 17:56
Müəllif
Nərmin Əkbərli
Digər xəbərlər

İki Ermənistan sakini Azərbaycan ərazisinə keçdi

Azərbaycanın yaşıl enerji siyasəti ölkənin əsas prioritetlərindən biridir

Trampın anonsu: Putin necə qisas alacaq? – Markov

Regionlarda kommunal xidmət üçqat azaldılsa… - Ekspert

Pezeşkianın türk liderlərə zəngi - İran siyasəti dəyişir?

Hindistanın Azərbaycanı bir güllə atmadan məhv etmək "planı"

Rusiya panikada: sərhəddən təcili çıxarılır - Şok

Azərbaycan-Rusiya münasibətləri müzakirə olundu

Prezident Samir Nuriyevə yeni vəzifə verdi - Sərəncam

Azərbaycan XİN Danimarkanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla