Yuxarı

Şəmkirlilərə şad xəbər: Bu yol yenidən qurulur

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunun Şəmkir–Zəyəm–Düyərli–Şiştəpə–Bayramlı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq yenidənqurma işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Axar.az-a bildirilib ki, hazırda avtomobil yolu 3 istiqamət üzrə əsaslı şəkildə yenidən qurulur. Bu 20 kilometr uzunluğa malik yerli əhəmiyyətli Şəmkir-Zəyəm-Düyərli, həmçinin 7,9 kilometrlik Zəyəm-Şiştəpə və 5 kilometrlik Bayramlı avtomobil yollarıdır.

Məlumata əsasən, Şəmkir-Zəyəm-Düyərli-Şiştəpə-Bayramlı avtomobil yolu üzərindəki Zəyəm qəsəbəsində 1,3 kilometr uzunluğunda yeni piyada səkiləri inşa edilir, kənarlarına səki daşları düzülür.

Layihə üzrə sözügedən hissədə - Qanlı Qobu çayı üzərində 36,3 metr uzunluğunda olan 2 aşırımlı və Cəyirçay üzərində 54,3 metr uzunluğa malik 3 aşırımlı körpülərin əsaslı şəkildə təmiri də nəzərdə tutulub.

Analoji işlər yolun IV texniki dərəcəli 7,9 kilometrlik Zəyəm-Şiştəpə və 5 kilometrlik Bayramlı hissələrində də aparılır. Belə ki, mövcud örtük mexanizmlə sökülüb, yolun normativ eninin alınması və deformasiyaya uğramış torpaq yatağının qazılmış hissələrinin doldurulması üçün xüsusi qrup qrunt tökülərək yayılıb və kipləşdirilib, yeni yol yatağı inşa edilib. Yollar boyu layihədə nəzərdə tutulmuş qarışıqlardan yol əsasının inşası işləri aparılır.

Tikinti işlərinin sonuncu mərhələsində 14 avtobus dayanacağı inşa ediləcək, hərəkətin normal təşkili üçün yollar boyu 158 yol nişanı, 1440 siqnal dirəkləri, həmçinin 66 kilometr göstəricisi quraşdırılacaq, yolun üfüqi nişanlanma xətləri çəkiləcək.

Bayramlı avtomobil yollarının yenidən qurulması ilə 85 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsinin nəqliyyat əlaqəsi yaxşılaşacaq, vətəndaşlar rayon mərkəzinə və qonşu rayonlara rahat çıxış əldə edəcək, yük və sərnişin daşıması xeyli asanlaşacaq.

Tarix
2019.08.15 / 01:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmayılıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla