Bu hərflər bizi xarakterizə edir
İnsanlara qoyulan adlar onların həyatına təsir edir. Hətta
psixoloqlar iddia edir ki, təkcə ad deyil, baş hərfin də xüsusi
rolu var. Adlar növünə görə insana ömür boyu təsir edir. Bu
siyahıya hətta sahib olduğunuz şirkət, maqazin, gözəllik salonları
və başqa müəssələrin də adı aiddir. Aparılan araşdırmalardan bəlli
olub ki, adlar insanın sağlamlıq, iş, karyera və eşq macəralarına
da təsir edir.
Hansı adlar insanlara bədbəxtlik gətirir?
Psixoloq Elmir Əkbərin fikrincə, ad seçimində diqqətli olmaq
mütləqdir. Onun sözlərinə görə, uğursuz ada sahib olan insanlar çox
az nailiyyət qazanır. Buna səbəb isə onların adlarından utandıqları
üçün ictimai yerlərdən uzaq düşməsidir:
"Bizdə vətəndaşlar bu mövzulara diqqətli yanaşmırlar. Bəzən
uşaqlara elə adlar seçirlər ki, həmin adlar onların gələcək
həyatlarında problemlər yaradır. Hətta bəzən həmin uşaqlar 18
yaşına çatar-çatmaz adlarını dəyişirlər".
Ulu babasının adını qoyanlar da var…
"Bəzən valideynlər övladlarına köhnə adlar, ya da babaları,
nənələrinin adını qoyurlar, bunu da hörmət əlaməti hesab edirlər.
Amma unutmaq lazım deyil ki, uğursuz, hədsiz köhnə ada sahib olan
uşaqlar gələcəkdə çox nadir hallarda uğur qazana bilirlər".
Psixoloğun sözlərinə görə, adətən "A" hərfi ilə başlayan adlar
insanlara daha xoş təsir bağışlayır. Bunun əsas səbəbi onun
əlifbanın ilk hərfi olması, ana, ata kimi müqəddəs sözlərin "A"
hərfi ilə başlamasıdır.
Qeyd edək ki, adınız 60%, göbək adınız 10 %, soyadınız isə
həyatınıza 30% təsir edir. Psixoloqların fikrincə, insana adı ilə
müraciət edilən zaman hərflərin sıralanmasına görə bədənə siqnal
ötürülür. Adda "A" hərfi çoxluq təşkil etdikdə, qanda surətlənmə
daha çox olur.
Hansı hərflə başlayan adlar uğurlu olur?
Mütəxxəssislərin fikrincə, "S" hərfi ilə başlayan adların
sahibləri mühəndis, "N" ilə başlayanlar yazar, "M" ilə başlayanlar
iqtisadçı, "C" ilə gözəl sənətçi və "P" ilə başlayan adlara sahib
olan insanlar isə bütün işlərdə uğurlu ola bilirlər.
Adlarda nəyə diqqət etmək lazımdır?
Almaniyalı alimlərin apardığı araşdırmaya görə, ad seçərkən
bunlara diqqət etmək lazımdır.
"A" hərfi 2-dən artıq olmamalıdır.
"B" hərfi ilə başlayan adların sahiblərində hisslər güclü
olur.
"C"-nin adda olması şərt deyil.
"D" hərfi olan insanlarda xüsusi xarizma olur.
"E" mənfi aura gətirdiyindən olmasa, daha yaxşıdır. Əgər varsa
birdən artıq olmamalıdır.
"F" sakit ruhu ifadə edir. Adda olması isə mənfi, ya da müsbət
təsirə malik deyil.
G, H, I, İ, J, K, L, M, Ö, R, S, Ş, T - hərflərindən isə
bacardıqca istifadə etməmək lazımdır.
Qeyd edək ki, hərflər adlarda işlənməsinə görə iki cür olur.
Sizə hərflərin bölgü sistemini təqdim edirik:
Pozitiv hərflər: A,B,C,D, F, K, L, M, N, P, S, Ş, U, V, Z
Neqativ hərflər: E, G, H, Ö, O, Ü, Y.