Yuxarı

Qarabağ məsələsində Bakını daim dəstəkləyirik – General

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qarabağ məsələsində Bakını daim dəstəkləyirik – General

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Pakistan Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, ordu generalı Zubair Mahmud Hayatla görüşüb.

Səfirlikdən Axar.az-a verilən məlumata görə, görüşdə Azərbaycan və Pakistanın silahlı qüvvələrinin hərbi və hərbi-texniki sahədə əməkdaşlığından, əlamətdar günlərdə yüksək səviyyəli heyətlə qarşılıqlı iştirakdan məmnunluq ifadə olunub.

Eyni zamanda regionda sülh və sabitliyin təmin olunmasında Pakistan və Azərbaycanın göstərdiyi səylər, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti, işğalçı ölkənin vaxtaşırı həyata keçirdiyi təxribatlar, Dağlıq Qarabağ və Kəşmir məsələlərinin BMT-nin qəbul olunmuş qətnamələri əsasında həllinin zəruriliyi haqqında söhbət açılıb. Tərəflər təcrübə mübadiləsi, birgə təlimlərin, qarşılıqlı səfərlərin təşkilinin davamı haqqında da fikir mübadiləsi aparıblar.

Zübair Mahmud Hayat iki ölkə arasındakı münasibətlərin nümunəvi xarakter aldığını, Pakistanın Azərbaycanla əlaqələrə xüsusi önəm verdiyini, Dağlıq Qarabağ məsələsində Pakistanın Azərbaycanı daima dəstəklədiyini bildirib.

Tarix
2019.10.19 / 12:27
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistana 9 vaqon buğda və 1 vaqon propan göndərildi

Rusiyada həbs edilən Ruslan Məmmədovla bağlı maraqlı fakt

Səfirimiz etimadnaməsini Fernandesə təqdim etdi

Sabah Ermənistana propan və buğda göndəriləcək

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi

Azərbaycanın kifayət qədər çətin qonşuları var - Norman

Ermənistana 11 vaqon buğda və 4 vaqon arpa göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla