Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
22 Noyabr 2019


Sürücülərə ixtisas sinfinin verilmə qaydası dəyişdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası “Avtomobil sürücülərinə ixtisas sinfinin verilmə Qaydaları”nda dəyişkilik edib.

APA-nın məlumatına görə, bu Qaydalar “Yol hərəkəti haqqında” qanuna uyğun olaraq müəyyən kateqoriyalara aid edilən nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsinə malik olan büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda çalışan avtomobil sürücülərinə onların peşəkarlıq səriştəsi və işgüzar keyfiyyətləri nəzərə alınmaqla ixtisas sinfinin verilməsi qaydasını müəyyən edir.

Avtomobil sürücülərinə peşəkarlıq səriştəsindən və işgüzar keyfiyyətlərindən asılı olaraq 1-ci və 2-ci ixtisas sinfi verilir. Avtomobil sürücüsünün peşəkarlıq səriştəsi müvafiq kateqoriyalardan olan nəqliyyat vasitələrini idarə etmək hüququ verən sürücülük vəsiqəsinə və sürücülük stajına malik olması ilə müəyyən edilir. Avtomobil sürücüsünün işgüzar keyfiyyətləri yol hərəkəti qaydalarına riayət etməsi və əmək funksiyasını vicdanla yerinə yetirməsi ilə müəyyənləşdirilir. 2-ci ixtisas sinfi 3 il fasiləsiz sürücülük stajına malik olan, son bir ildə yol hərəkəti qaydalarını pozmağa görə məsuliyyətə cəlb edilməyən, əmək funksiyalarını vicdanla yerinə yetirən və intizam tənbehi olmayan aşağıdakı kateqoriyalara daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ verən sürücülük vəsiqəsi olan sürücülərə verilir:

- “B”, “C”, “D” ;

- “BE”, “C”;

- “B”, “CE”.

1-ci ixtisas sinfi 2 ildən az olmayaraq 2-ci ixtisas sinfində fasiləsiz sürücülük stajına və yaxud 5 ildən az olmayaraq sürücülük stajına malik olan, son bir ildə yol hərəkəti qaydalarını pozmağa görə məsuliyyətə cəlb edilməyən, əmək funksiyalarını vicdanla yerinə yetirən və intizam tənbehi olmayan aşağıdakı kateqoriyalara daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ verən sürücülük vəsiqəsi olan sürücülərə verilir;

- “BE”, “C”, ”D”;

- “B”, “CE”, “D” ;

- “B”, “C”, “DE”.

Bu Qaydalarla müəyyən edilən peşəkarlıq səriştəsinə və işgüzar keyfiyyətlərə malik olan avtomobil sürücülərinə ixtisas sinfinin verilməsinə işəgötürən tərəfindən yaradılmış “Sürücülərin ixtisas sinfi üzrə komissiya” (bundan sonra komissiya adlandırılacaq) tərəfindən baxılır. Komissiyanın qərarı komissiya üzvlərinin səs çoxluğu ilə qəbul edilir və işəgötürənin əmri ilə rəsmiləşdirilir. Komissiyanın tərkibinə işəgötürənin təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik olan işçilərindən 5 nəfərdən çox olmayaraq tək sayda üzvlər seçilir. İşəgötürəndə həmkarlar ittifaqı təşkilatı mövcud olduqda komissiyanın bir üzvü onun nümayəndəsi olmalıdır. Komissiyanın sədri onun üzvləri tərəfindən səs çoxluğu ilə seçilir.

İndiyə qədər əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi vasitəsilə 1-ci və 2-ci ixtisas sinfini almağa namizəd olan sürücülər sistem tərəfindən müəyyənləşdirilərək bu barədə işəgötürən tərəfindən məlumatlandırılıblar. İşəgötürən ixtisas sinfi verilmiş və ya ixtisas sinfindən məhrum edilmiş sürücülər barədə məlumatı əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə daxil edib.

Dəyişikliyə əsasən, bundan sonra işəgötürən 1-ci və 2-ci ixtisas sinfini almağa namizəd olan sürücüləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsistemi vasitəsilə müəyyənləşdirəcək və həmin sürücüləri bu barədə məlumatlandıracaq. Eyni zamanda işəgötürən ixtisas sinfi verilmiş və ya ixtisas sinfindən məhrum edilmiş sürücülərin əmək müqavilələrinə müvafiq dəyişikliklər edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edəcək.

Tarix
2019.10.21 / 12:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ədliyyə işçiləri Heydər Əliyevin məzarını ziyarət etdi - Foto

Prokurorluqdan işə qəbulla bağlı mühüm açıqlama: Dəvət...

Azərbaycan EBRD-yə qoşulur - Müqavilə imzalandı

İstirahət günlərinin hava proqnozu açıqlandı - Yeniləndi

Bələdiyyə seçkilərində iştirak edəcək namizədlərin - Diqqətinə

Bakıda “Kamaz” dəmir yoluna aşdı: hərəkət dayandı

“Azercell” bu platformanın rəqəmsal tərəfdaşı oldu

İntellektual oyun izlə, “Nar”dan hədiyyə qazan!

Bu sürücü ilə bağlı xəbərdarlıq edildi – Açıqlama

İlham Əliyev 4 sərəncam imzaladı

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla