Yuxarı

MDB dövlətlərinin Gənclərlə İş üzrə Şurasının iclası başladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
MDB dövlətlərinin Gənclərlə İş üzrə Şurasının iclası başladı

Noyabrın 14-də Bakıda Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin Gənclərlə İş üzrə Şurasının iclası keçirilir.

Axar.az xəbər verir ki, iclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın Şuraya üzv olan nümayəndələri və ekspertləri iştirak edirlər.

Tədbirdə MDB üzv dövlətlərində həyata keçirilən dövlət gənclər siyasəti, “MDB ölkələrinin gənclərlə iş sahəsində beynəlxalq əməkdaşlıq strategiyası”nın 2018-2020-ci illər üzrə Tədbirlər Planı, “MDB üçün 100 ideya” beynəlxalq gənclər layihəsi, “MDB Gənclər paytaxtı”nın seçilməsinin əsasnaməsi və sair olmaqla ümumilikdə 14 məsələ müzakirəyə çıxarılıb və müvafiq qərarlar qəbul olunacaq.

Şuranın iclası çərçivəsində, həmçinin “Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş” də imzalanacaq. Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimovun və Rusiyanın Elm və Ali Təhsil nazirinin müavini Marina Borovskayanın imzalayacaqları Saziş iki ölkə arasında gənclər sahəsində əməkdaşlığa dair ilk sənəddir.

Gənclərlə İş üzrə Şura “Müstəqil Dövlətlər Birliyinin üzv dövlətlərinin gənclərlə iş sahəsində əməkdaşlığına dair” 2005-ci il 25 oktyabr tarixli Sazişin icrası məqsədilə yaradılıb. Üzv dövlətlərin gənclərlə iş üzrə səlahiyyətli nümayəndələrindən ibarət Şuranın iclasları ildə iki dəfədən az olmayaraq keçirilir.

Tarix
2019.11.14 / 11:44
Müəllif
Axar.az
Digər xəbərlər

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

Azərbaycanın Zəfər Günü Türkiyədə qeyd olundu - Foto

Azərbaycan bu ölkə ilə əməkdaşlığı genişləndirir

Prezidentə təbriklər davam edir

“Şanlı zəfərin Böyük Qayıdış mərhələsi” tədbiri keçirildi

Estoniya xarici işlər naziri Bakıya gəlir

İlham Əliyev sərgidən video paylaşdı

İran Xəzər adından niyə hürkür? - Tarixçi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla