Yuxarı

Dondar Quşçu kəndindəki ikinci dəhşətli cinayət

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuzun Dondar Quşçu kəndində noyabrın 21-dən itkin düşən 10 yaşlı Nərmin Quliyevanın yanmış cəsədinin tapılması sözügedən kənddə baş verən ilk dəhşətli cinayət hadisəsi deyil.

Axar.az xəbər verir ki, Dondar Quşçu kəndində 2018-ci ilin fevralında da belə dəhşətli cinayət hadisəsi törədilmişdi. Belə ki, rayonun Dondar Quşçu kənd sakinləri 73 yaşlı Fərman Məmmədovla həyat yoldaşı, 68 yaşlı Pakizə Mirzəyeva yaşadıqları evdə xüsusi amansızlıqla qətlə yetirilərək yandırılmışdılar.

Əvvəlcə ahıl ər-arvadın evin yanması nəticəsində öldüyü ehtimal edilsə də, araşdırma zamanı onların hər ikisinin vəhşiliklə öldürüldükdən sonra yandırıldığı məlum olmuşdu.

1950-ci il təvəllüdlü Pakizə Mirzəyeva yaşadığı evin bir otağında əl-ayağı və ağzı lentlə bağlı formada aşkarlanmışdı. Ailə başçısı 1945-ci il təvəllüdlü Fərman Məmmədovun cəsədi isə evin bir başqa otağında aşkarlanmışdı. Kişinin baş, qadının isə bədən nahiyələrində yanıq xəsarətləri olub.

Sözügedən hadisə təkcə Dondar Quşçu kəndində deyil, ümumilikdə bütün Tovuz rayonunda narahatlığa səbəb olmuş, ölkədə böyük səs-küy yaratmışdı.

Bir müddətdən sonra yenə eyni kənddə bu dəfə 10 yaşlı uşağın qaçırılması və 2 aydan sonra yanmış meyitinin aşkarlanması kənddə və rayonda narahatlığı daha da artırıb.

Xatırladaq ki, 10 yaşlı Nərmin Quliyeva 21 noyabr tarixində qonşuluqda olan əmisigilin evinə atasının gödəkcəsini götürmək üçün gedib. Gödəkcəni götürdükdən sonra isə yoxa çıxıb. Onun əmisigildən çıxdığı və ya çıxmadığı da hələlik məlum deyil.

Hadisədən 2 ay sonra 10 yaşlı N.Quliyevanın yanmış meyiti kənd ərazisində boşluq ərazidə aşkarlanıb.

Tarix
2020.01.08 / 11:01
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

İki Ermənistan sakini Azərbaycan ərazisinə keçdi

Azərbaycanın yaşıl enerji siyasəti ölkənin əsas prioritetlərindən biridir

Trampın anonsu: Putin necə qisas alacaq? – Markov

Regionlarda kommunal xidmət üçqat azaldılsa… - Ekspert

Pezeşkianın türk liderlərə zəngi - İran siyasəti dəyişir?

Hindistanın Azərbaycanı bir güllə atmadan məhv etmək "planı"

Rusiya panikada: sərhəddən təcili çıxarılır - Şok

Azərbaycan-Rusiya münasibətləri müzakirə olundu

Prezident Samir Nuriyevə yeni vəzifə verdi - Sərəncam

Azərbaycan XİN Danimarkanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla