Yuxarı

Röyanın qayınatasının şirkəti müflisləşdi - Təfərrüat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Röyanın qayınatasının şirkəti müflisləşdi - Təfərrüat

Bakıda "Çudo Peçka" restoranlar şəbəkəsi əvvəlki fəallığı ilə diqqəti cəlb etmir. Şəhərdə bir vaxtlar dəbdə olan və müştəri izdihamı müşahidə edilən bu restoranların fəaliyyəti çox zəifləyib.

Müğənni Röyanın keçmiş qayınatası Çingiz Cəlilovdan "Çudo Peçka"nın alınması ilə müəssisələrin işində başlanan geriləmə KFC restoranlarının açılması ilə daha da dərinləşib.

Bu barədə Axar.az-a danışan mənbənin sözlərinə görə, "Çudo Peçka"da aparılan araşdırmalar və ciyər kökəsində (peraşki) qurd aşkarlanması müəssisənin fəaliyyət imkanlarını bir qədər də daraldıb.

İndi bu restoranlarda canlanmanın şahidi olmaq mümkün deyil. Mənbə bilddirir ki, kökədə qurd aşkarlanması faktının efirdə ictimailəşdirilməsi vətəndaşların "Çudo Peçka"ya olan münasibətini və inamını yerə vurdu. Ardınca KFC restoranlarının şəhərin müxtəlif yerlərində sürətlə açılması rəqabətdə uduzmaqla nəticələndi.

Artıq ciyər kökəsi çoxdandır menyüdən çıxarılıb.

Xatırladaq ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti "Çudo Peçka" MMC-yə məxsus istehsal sexlərində bir sıra ciddi nöqsanlar aşkar etmişdi.

Bakı şəhəri Binəqədi rayonu, C.Xəndan 36 ünvanında fəaliyyət göstərən "Çudo Peçka" MMC-də tort məhsullarının qablaşdırılmasında sanitar normaların pozulduğu, tozlu qablaşdırma materiallarından istifadə olunduğu üzə çıxarılmışdı.

Məlum olmuşdu ki, anbarda xammalın saxlanma rejiminə, tortların hazırlanmasında normalara əməl olunmur. Kulinar məmulatların hazırlandığı sexdə xammallar antisanitar vəziyyətdə saxlanılır.

Peraşki istehsalı üçün alınan iribuynuzlu heyvanın ağ və qaraciyərinin qəbulu zamanı xidmət əməkdaşları orqonoleptik baxış keçirərkən ağciyərin üzərində qurd aşkar edilmişdi.

Tarix
2015.02.18 / 11:54
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Prezident Lord Anas Sarvarı qəbul etdi - Foto

Azərbaycanı onlardan minlərlə kilometr məsafə ayırsa da...

Prezident onlara müraciət ünvanladı

Bayramov ABŞ rəsmisi ilə görüşdü

"Palmali"dən vurulan gəmi ilə bağlı açıqlama

Qardaşlığımıza zərbə cəhdinin arxasındakı ölkələr...

Azərbaycanlının ekstradisiyasına imkan verməməliyik

Bakı bunu bilən kimi dərhal İrəvana məlumat verib

Ermənistan əsgərimizi geri qaytaracaq? - Paşinyan

FTB direktoru erməni əsilli müğənni ilə nişanlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla