Yuxarı

Şahdağa qar yağdı – Faktiki hava

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 2-si səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə yağış, Şahdağda qar yağıb.

Ekologoya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumatına əsasən, düşən yağıntının miqdarı Şərurda 6 mm, Ordubad, Sədərəkdə 5 mm, Naxçıvanda 4 mm, Ağdam, Altıağac, Neftçalada 3 mm, Balakən, Oğuz, Şamaxı, Mərəzə, Beyləqan, Salyan, Biləsuvar, Yardımlı, Astara, Şahbuzda 2 mm, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Ceyrançöl, Tovuz, Qəbələ, Zaqatala, Şəki, İsmayıllı, Quba, Qusar, Xaltan, Qrız, Tərtər, Bərdə, Göyçay, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Xınalıq, Şabran, Şahdağda 1 mm, Bakıda və Abşeron yarımadasında: Sumqayıt, Maştağada 4 mm, Bakı, Zabratda 3 mm olub.

Qar örtüyünün hündürlüyü Şahdağda 1 sm-ə çatıb.

Sumqayıt, Göygöl, Naftalan, Xaçmaz, Quba, Qrız, Lerikdə duman müşahidə olunub, görünüş 200 metrədək məhdudlaşıb.

Şimal-qərb küləyi arabir Naftalan, Gəncədə 18 m/s, Salyanda 17 m/s, Şərur, Şəmkirdə 16 m/s-dək güclənib.

Aprelin 1-də temperatur Bakıda iqlim normasından 6 dərəcə yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 17-20, aran rayonlarında 18-23, dağlıq rayonlarda 13 dərəcəyədək isti, Naxçıvan MR-da 12-19 dərəcə isti olub.

Tarix
2020.04.02 / 12:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla