Yuxarı

Azərbaycanda korona həndəsi silsilə ilə artır - Məmmədov

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda korona həndəsi silsilə ilə artır - Məmmədov

22:03

Hazırda koronavirus infeksiyası ilə bağlı tendensiya arzuolunan deyil. Burada gizli bir şey yoxdur.

Axar.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Real TV-nin efirində deyib.

O qeyd edib ki, hazırda yoluxanların sayı sağalanların sayından çoxdur:

“Bu gün 6 nəfər sağalıb - bu, kiçik də olsa, yaxşı xəbərdir - amma yoluxma 43 nəfərdir və həndəsi silsilə ilə artır. Nə qədər ki, bu tendensiya davam edəcək, bu, bizim mənfi istiqamətdə getməyimiz deməkdir; o zamana qədər ki, biz yoluxmanın pik həddinə çatdığını və artıq yoluxmanun arta-arta getmədiyini görəcəyik”.

Nazirlər Kabinetinin sözçüsü bildirib ki, əgər hər kəs qaydalara riayət edərsə, evdə qalmalı olanlar evdə qalarsa və ən zəruri hallarda küçəyə çıxarlarsa, nəzarətsiz yerlərdə belə insanlar özlərini qoruyarlarsa, azalma prosesi gedər:

"Ümid edirik ki, aprelin 20-dək qoyulan karantin rejimi müddətində bizdə də dönüş nöqtəsi başlayacaq. Dönüş nöqtəsi başlayandan sonra da artıq bu məhdudiyyətlər də tədricən yumşaldıla bilər”.

Tarix
2020.04.03 / 23:15
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

Qazaxıstandan izahat gözləyirik - Rusiya XİN

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

Zelenski bu ərazilərin Rusiyada qalmasına razılaşıb?

Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye

Azərbaycanlı çoban Ermənistana belə keçib - Təfərrüat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla