Yuxarı

Fonddan jurnalistlər üçün müsabiqə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Fonddan jurnalistlər üçün müsabiqə

Fond "Fərdi uçot əsaslı sosial sığorta sistemində iştirakınız etibarlı pensiya təminatınızdır" mövzusunda müsabiqə keçirir.

Dövlət Sosial Müdafiə Fondundan Axar.az-a verilən məlumata görə, "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə tədbirlər planı"nın 2.36-cı bəndinə (sığorta-pensiya sahəsində əhalinin maarifləndirilməsi məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmaqla müvafiq tədbirlərin görülməsi) uyğun olaraq "Fərdi uçot əsaslı sosial sığorta sistemində iştirakınız etibarlı pensiya təminatınızdır" mövzusunda müsabiqə elan edir.

Müsabiqəyə 01 aprel 2015-ci il tarixdən 15 may 2015-ci il tarixədək Azərbaycan Respublikasının sığorta-pensiya sistemi, fərdi uçot sistemi və onun rolu, ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının pensiya təminatında başlıca meyar olması, Dövlət Sosial Müdafiə Fondu tərəfindən qeyd edilən sahələrdə həyata keçirilən işlər barədə mətbuatda, saytlarda çap edilmiş analitik məqalələr, radio və televiziyada yayımlanmış verilişlər, süjetlər təqdim edilməlidir.

Məqalələr 5 min işarədən, radio və televiziya verilişləri, süjetlər isə 5 dəqiqədən (müsabiqə dövründə ayrı-ayrı vaxtlarda verilmiş və ümumilikdə 5 dəqiqdən az olmayan telesüjetlər də təqdim oluna bilər) az olmamalıdır.

Materiallar 15 may 2015-ci il tarixdən gec olmayaraq, hansı qəzet və jurnalda, saytda dərc olunduğu, radio və televiziya kanalında nümayiş etdirildiyi (tarix və nömrəsi) göstərilməklə Komissiyaya təqdim edilməlidir. Müsabiqənin yekunlarına görə ən yaxşı məqalələrin və teleradio materiallarının müəllifləri 2 nominasiya üzrə aşağıdakı qaydada mükafatlandırılacaqlar:

Qəzet və jurnallarda, saytlarda dərc olunmuş ən yaxşı məqalələr üzrə:

1-ci yer – 800 manat;

2-ci yer – hər biri 500 manat olmaqla iki yer;

3-cü yer – hər biri 300 manat olmaqla üç yer.

Televiziya və radio kanallarında verilmiş ən yaxşı teleradio verilişləri və telesüjetlər üzrə:

1-ci yer – 800 manat;

2-ci yer – hər biri 500 manat olmaqla iki yer;

3-cü yer – hər biri 300 manat olmaqla iki yer.

Hər iki nominasiya üzrə ümumilikdə 15 həvəsləndirici mükafat - cəmi 1500 manat məbləğində.

Komissiyaya DSMF-nin sədr müavini Zakir Babayev rəhbərlik edir.

Əlaqə telefonu: 434-60-12

Tarix
2015.03.31 / 11:35
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Azərbaycanın namizədi BMT-nin bu komitəsinin üzvü seçildi

Azərbaycan nümayəndələri Kabildə beynəlxalq görüşdə...

Almaniya ümid edir ki, Əliyev bu il Berlinə gələcək – Səfir

Ermənistana 490 ton buğda göndərildi

İsrail ABŞ-İran razılaşmasına qarşı çıxdı

İsrail, İran, ABŞ, ərəblər - narazıdır: Bu, nə razılaşmadır?

Ərdoğan Azərbaycanı təbrik etdi

Suriyalı nazir Azərbaycanla münasibətlərdən danışdı

Türkiyə MN Azərbaycanı təbrik etdi - Foto

Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla