Yuxarı

ABB-dən sahibkarlar üçün fürsətlər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Beynəlxalq Bankı kiçik və orta sahibkarlar üçün eyni vaxtda bir neçə fürsət yaradıb.

Axar.az xəbər verir ki, 30 sentyabr tarixinə qədər Bankda hesab açmış fərdi sahibkar və hüquqi şəxslər ölkədaxili köçürmələri hesab açılandan sonra 3 ay müddətində komissiya haqqı ödəmədən aparacaqlar. POS terminal əməliyyatlarında isə 3 ay 50%-dək endirim olacaq.

Bu müddətdə Azərbaycan Beynəlxalq Bankında hesab açmış fərdi sahibkar və hüquqi şəxslər işçi sayına uyğun əməkhaqqı kartlarını Bankdan pulsuz alacaqlar. Bundan başqa, yeni hesab açmış sahibkarlar 30 sentyabra qədər Bankdan aldıqları biznes kreditlərinə görə heç bir xidmət haqqı ödəməyəcəklər. Azərbaycan Beynəlxalq Bankının POS terminallarının quraşdırılması və xidmətə qoşulması üçün də onlardan xidmət haqqı tələb olunmayacaq. Bu fürsətdən hər bir kiçik və orta sahibkarlıq subyekti faydalana bilər.

Qeyd edək ki, korporativ müştərilər Azərbaycan Beynəlxalq Bankında hesabları indi filiallara gəlmədən məsafədən də aça bilərlər. Məsafədən bank hesabının açılması bu portal üzərindən həyata keçirilir. Elektron ticarətini inkişaf etdirmək istəyən sahibkarlar isə IBA Link xidmətindən istifadə edərək maksimum 2 gün müddətinə Bankın virtual POS terminalını əldə edə bilərlər.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının sahibkarlar üçün onlayn bank xidmətləri barədə məlumatları www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Feysbuk səhifəsindən əldə etmək olar.

Tarix
2020.09.03 / 17:05
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və İran ortaq tarixi keçmişə malikdir - Hacıyev

Hikmət Hacıyev Əli Əkbər Əhmədianla görüşdü

Regionda de-fakto sülh var - Hacıyev

Regionda sülh üçün şərait yaranıb... - Hacıyev

İranla münasibətlər yeni mərhələyə qədəm qoyub - Hacıyev

Hikmət Hacıyev İranda səfərdədir

Ərdoğanın bu sözləri Azərbaycanda haqlı narazılıq yaradıb

Arzu Əliyevadan Naxçıvanla bağlı daha bir paylaşım - Video

Zəngəzur layihəsini 3-4 il ərzində reallaşdıracağıq - Uraloğlu

Kəlbəcərli Ayan ABŞ-da təsirli çıxışı ilə yadda qaldı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla