Yuxarı

Rusiya ilk dəfə Estoniyadan çıxan tankeri saxladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 18-də Rusiya Estoniyanın Sillamae limanından çıxan Yunanıstanın "Green Admire" neft tankerini saxlayıb. Bu, ilk belə haldır.

Axar.az xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Liberiya bayrağı altında üzən “Green Admire” tankerinin saxlanılması Rusiyanın ərazi sularında baş verib. Gəmi əvvəlcədən razılaşdırılmış marşrut üzrə hərəkət edirdi.

“Naviqasiya təhlükəsizliyi baxımından seçilən və ciddi şəkildə dövlət sərhədləri boyunca keçməyən bu marşrut Rusiya, Estoniya və Finlandiyanın qarşılıqlı razılığı əsasında yaradılıb”, - deyə vurğulanıb.

XİN-in məlumatına görə, belə hadisələrin qarşısını almaq üçün Sillamae limanına gedən gəmilər Estoniyanın ərazi suları vasitəsilə istiqamətləndiriləcək.

"Bugünkü hadisə göstərir ki, Rusiya gözlənilməz davranmaqda davam edir. Mən də bu insidentlə bağlı müttəfiqlərimizi məlumatlandırmışam", - Estoniyanın xarici işlər naziri Marqus Tsaxna qeyd edib.

Tarix
2025.05.18 / 21:02
Müəllif
Kamran Ədalət
Digər xəbərlər

Rusiyanın miqrant şantajı: bu ölkələr də etiraza qalxacaq

Şahin Şıxlinski sərbəst buraxıldı

Azərbaycan Polisi 107 yaşında!

Rusiyadakı beynəlxalq təşkilatlara müraciət olunacaq

Moskvanın Bakıya “demarşı”: buna hazırlaşmalıyıq

Əliyev və Zelenski razılaşdı: Yaxın zamanda...

Vladimir Zelenski İlham Əliyevə başsağlığı verdi

Məhkəmədən Kartavıx və Belousovla bağlı qərar...

Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota

Rəsmi Bakı Şvıdkoya cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla