Yuxarı

Qurban Məmmədov İstanbula niyə gedib?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qurban Məmmədov İstanbula niyə gedib?

Xaricdən Azərbaycan hakimiyyətinin sərt tənqid edən Qurban Məmmədov Türkiyənin İstanbul şəhərinə gəlib.

Axar.az Yenisabah.az-a istinadən xəbər verir ki, Qurban Məmmədov bununla bağlı paylaşım edib. Onun Azərbaycan hakimiyyəti üçün əlçatan olan Türkiyəyə gəlişi müxtəlif mülahizələrə səbəb olub. Məsələ burasındadır ki, Qurban Məmmədovun Prezidentin keçmiş köməkçisi Əli Həsənovla əlaqələrinin olması barədə iddialar var. Prezidentin keçmiş köməkçisi isə bir müddət əvvəl Türkiyəyə gedib. Əli Həsənov bu gedişini səhhətindəki problemlərlə əlaqələndirib. O, bununla bağlı açıqlama yayaraq müalicə olunduğunu, 10-15 günə Azərbaycana qayıdacağını bəyan edib.

Lakin bu səfərin müalicə məqsədilə edilmədiyini düşünənlər də var. Prezidentin keçmiş köməkçisi vəzifəsindən çıxarılandan sonra hakimiyyətə yaxın media qurumlarında onun barəsində tənqidi materialların tirajlanması, daha sonra Korrupsiyaya qarşı Mübarizə İdarəsində KİVDF ilə bağlı başlanmış cinayət işinin istintaqına cəlb edilməsi barədə məlumatların yayılması illərlə ölkənin ictimai-siyasi seqmentini kurasiya edən bu şəxsin həbsinə hazırlıq getdiyi barədə ehtimallara səbəb olub.

Əli Həsənov Türkiyəyə getdikdən sonra onun Qurban Məmmədovla əlaqələrinin olması barədə xəbərlər yayılmağa başlayıb. İstər Prezidentin keçmiş köməkçisi, istərsə də, Qurban Məmmədovun özü bu məlumatları təkzib etsə də, adıçəkilən şəxslərin işbirliyində olması barədə məlumatlar səngimir.

Qurban Məmmədovun İstanbulda olması bu baxımdan maraqla qarşılanıb və səfərin Əli Həsənovla görüş məqsədilə edildiyi barədə mülahizələrə səbəb olub. Bu arada qeyd edək ki, Əli Həsənovun Qurban Məmmədov və hökuməti sərt formada tənqid edən, iqtidarın “söyüş müxalifəti” adlandırıdığı qurpun üzvləri ilə bir neçə dəfə Türkiyədə görüşdüyü barədə də məlumatlar yayılmışdı.

Tarix
2020.09.16 / 14:48
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla müharibə? - Sərkisyanın cavabı və reallıq

Sülh zəmanətlərlə deyil, qarşılıqlı fayda ilə müəyyən edilir

Cənubi Qafqazda davamlı sülhün təmin olunması...

Herisçi Təbrizdən qayıtdı və danışdı – Video

İran müəmması: Danışıqlar başlayır, yoxsa qurudan hücum?

İlham Əliyev bu mərkəzin açılışında iştirak etdi

İlham Əliyev Yunanıstan prezidentini təbrik etdi

Ağazaryan: Bakının son tələbi yerinə yetiriləcək

Simonyan qəzəbləndi: Niyə Qarabağa “Artsax” deyirsiniz?

İki ay əvvəl Bakıyə gələn senatror ABŞ-da nazir seçildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla