Yuxarı

Prezidentin fərdi təqaüd ayırdığı Həsənov kimdir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentin fərdi təqaüd ayırdığı Həsənov kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Əli Həsənova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Axar.az xəbər verir ki, Əli Pənah oğlu Həsənov 1937-ci il dekabr ayının 31-də Beyləqan rayonunda anadan olub. 1957-ci ildə orta məktəbi qızıl medalla bitirərək K.Marks adına Xalq Təsərrüfatı İnstitutuna daxil olub.

1962-ci ildə həmin institutu fərqlənmə diplomu ilə bitirib və kafedrada müəllim kimi fəaliyyətə başlayıb. 1962-1966-cı illərdə Universitetin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədr müavini olub.

1962-1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) "Sənaye malları əmtəəşünaslığı" kafedrasının assistenti olub.

1966-1988-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun "Sənaye malları əmtəəşünaslığı" kafedrasının dosenti; 1993-2000-ci illərdə Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutunun rektoru; 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin prorektoru; 2004-2011-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Əmtəəşünaslıq fakültəsinin dekanı vəzifələrində işləyib.

2011-ci ildən “Qeyri-ərzaq malları əmtəəşünaslığı” kafedrasının müdiri olub.

Hazırda UNEC-in “İstehlak mallarının ekspertizası” kafedrasının müdiridir.

150-dən çox elmi əsərin, o cümlədən 27 dərsliyin, dərs vəsaitinin və monoqrafiyanın müəllifidir.

Müxtəlif illərdə fəxri fərmanlar, mükafatlarla qiymətləndirilib. 2010-cu ildə AR Prezidentinin sərəncamına əsasən “Tərəqqi” medalı ilə də təltif olunub.

Ailəlidir, üç övladı var.

Tarix
2020.09.24 / 17:06
Müəllif
Axar.az
Digər xəbərlər

Şovinist Rza Pəhləvinin olmayan “Ölümsüzlər” ordusu...

ABŞ-da İran üzrə peşəkarlar niyə işdən çıxarıldı?

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

Yaxın vaxtda Azərbaycana səfər edəcəm - Vuçiç

Mehriban Əliyeva xalqı bu sözlərlə təbrik etdi

İlham Əliyevdən sərəncam: Həsənov nazir müavini oldu

Azərbaycan Ermənistan ərazisində hərbi postlar qurub?

Bu şəxslər 1 il müddətinə zabit kimi orduda xidmət edə biləcək

Prezident fərmanı: Səhiyyə idarəçiliyində yeni məntiq...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla