Yuxarı

Bakı III Qlobal Forumu başa çatdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı III Qlobal Forumu başa çatdı

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 28-29 aprel tarixlərində keçirilmiş Bakı III Qlobal Forumu başa çatıb.

APA-nın xəbərinə görə, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov çıxışında bildirib ki, iki gün davam edən forumda böyük fikir mübadiləsi aparılıb: "Çox gərgin iki günlük forum artıq öz işini başa vurur. Düşünürəm ki, sizlərin bu forumda söylədiyiniz fikirlər bizim üçün gələcəkdə faydalı olacaq. Hesab edirəm ki, forum çox müvəffəqiyyətlə baş tutdu. Hamınıza öz təşəkkürümü bildirirəm".

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqa və İsgəndəriyyə kitabxanasının direktoru İsmayıl Serageldin forum haqda öz fikirlərini bölüşüblər. Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalını Latviyanın sabiq prezidenti Vayra Vike-Freyberqa və İsgəndəriyyə kitabxanasının direktoru İsmayıl Serageldinə təqdim edib.

Qeyd edək ki, forumda iki ölkənin prezidenti, 4 ölkənin baş nazir və xarici işlər naziri, 41 ölkənin sabiq prezidenti olmaqla ümumilikdə 72 ölkənin rəsmiləri iştirak edib. ABŞ, Türkiyə, Almaniya, İsrail, İtaliya, Çexiya, Polşa, Yaponiya, Rumıniya, Ukrayna, Andorra, Əfqanıstan, Albaniya, Bosniya və Herseqovina, Boliviya, Braziliya, Bolqarıstan, Kanada, Xorvatiya, Kolumbiya, Misir, Estoniya, Fransa, Finlandiya, Gürcüstan, Yunanıstan, İordaniya, Qazaxıstan, Qırğızıstan, Latviya, Livan, Liviya, Litva, Makedoniya və digər ölkələrdən rəsmilər iki gün ərzində Bakıda birgə müzakirələr aparıblar.

Forumun açılışında Azərbaycan prezidenti İlham Əliyev, Bolqarıstan prezidenti Rosen Plevneliyev, Makedoniya prezidenti Georgi İvanov, Malta baş naziri Jozef Musukat çıxış ediblər. Almaniya baş naziri Angela Merkel, Böyük Britaniyanın baş naziri Devid Kameron, BMT-nin sabiq baş katibi Butros Butros Qali, ABŞ-ın sabiq dövlət katibi Henri Kissincer və Latviyanın sabiq prezidenti Vayra Vike-Frayberqanın Forumda təbrikləri oxunub.

"Yeni dünya düzənində etimadın bərpa olunması" mövzusuna həsr olunan III Forumda nüfuzlu siyasi liderlər dünyanı narahat edən məsələlər – etnik və digər zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı, təhsil, ekologiya, enerji təhlükəsizliyi, dinlərarası dialoq, sülhün qorunmasında qadınların rolu və bir sıra qlobal problemləri geniş müzakirə edilib, onların həll yollarının tapılması istiqamətində müzakirələr aparılıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı ilə 2013 və 2014-cü illərdə Bakıda I və II Qlobal Açıq Cəmiyyətlər Forumu keçirilib.

Tarix
2015.04.29 / 21:36
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistana ixrac edilən neft məhsullarının ilk partiyası - Video

Qafarova Monteneqro baş nazirinin müavini ilə görüşdü

Azərbaycan şirkətləri bu ölkəyə 1 milyard yatırıb

Azərbaycan və Monteneqro memorandum imzaladı - Foto

Bayramov monteneqrolu həmkarı ilə görüşdü

Qarsayd: Vardanyanın Troika sxemlərindən xəbərsiz olması...

Suriya ordusunda Azərbaycan modeli tətbiq ediləcək

Səfirlik: ABŞ Azərbaycanla əməkdaşlığı səbirsizliklə gözləyir

Azərbaycanda hərbi xidmət müddəti azaldılacaq - Ekspert

Rusiyada 3 azərbaycanlı barədə qərar verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla