Yuxarı

Daha 3 ölkədən quş idxalına məhdudiyyət qoyuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Daha 3 ölkədən quş idxalına məhdudiyyət qoyuldu

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatı əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirir.

Axar.az xəbər verir ki, İsveç Krallığının Smaland (Smaland), İraq Respublikasının Səlahəddin (Salah ad-Din), Vyetnam Sosialist Respublikasının Sok Tranq (Soc Trang), Bak Lieu (Bac Lieu), Tiyen Gianq (Tien Giang) və Lonq An (Long An) inzibati ərazi vahidlərinin ərazilərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

Bununla əlaqədar OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, İsveç Krallığının Smaland, İraq Respublikasının Səlahəddin, Vyetnam Sosialist Respublikasının Sok Tranq, Bak Lieu, Tiyen Gianq və Lonq An inzibati ərazi vahidlərindən bütün növ diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə İsveç Krallığından, İraq Respublikasından və Vyetnam Sosialist Respublikasından gələn, yaxud bu ölkələrdən tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Tarix
2021.01.21 / 19:21
Müəllif
Axar.az
Digər xəbərlər

Bu səfirin Azərbaycanda fəaliyyəti başa çatdı

Minnixanovdan Əliyevə: Buna ümid edirik...

AİHM-in son qərarı ilə bağlı Əsgərovdan bəyanat

Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı

Baş nazirdən mühüm qərar

Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşdü

TƏBİB sədrindən gözlənilməz qərar: İsrafilov işdən çıxarıldı

Prezident Qurbanova babasının fədakarlığından danışdı

Prezident otağındakı heykəllə bağlı maraqlı faktı açıqladı - Foto

Erməni mediası Misir Mərdanovdan yazdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla