Yuxarı

Əfqan Sadıqovun son durumu açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əfqan Sadıqovun son durumu açıqlandı

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində saxlanılan Əfqan Sadıqovun səhhəti və hüquqlarının təmini ilə bağlı müraciətlər Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın diqqətindədir.

Bu barədə Axar.az-a Ombudsman Aparatından məlumat verilib.

Ombudsmanın tapşırığı əsasında Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən yanvarın 25-də həmin müəssisəyə keçirilən başçəkmə çərçivəsində Əfqan Sadıqov növbəti dəfə qəbul olunub. Konfidensial qəbul zamanı o, barəsində olan cinayət işi və məhkəmənin hökmündən narazılığını əsas göstərərək qida qəbulundan imtinanı davam etdirdiyini bildirib.

Müəssisədə həkimin iştirakı ilə Əfqan Sadıqovun sağlamlıq vəziyyəti müzakirə olunub və onun səhhətinin nəzarətdə saxlanılması məqsədilə müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib. Hazırda o, koma vəziyyətində deyil, ona lazımi tibbi xidmətlər göstərilir və qəbul zamanı tibbi ximətlərdən narazılığının olmadığını bildirib.

Əfqan Sadıqov müraciətlərinin araşdırılmasına və vəziyyətini diqqətdə saxladığına görə Ombudsman Səbinə Əliyevaya təşəkkürünü bildirib.

Qeyd olunmalıdır ki, Əfqan Sadıqov saxlandığı ilk günlərdən MPQ-nin üzvləri tərəfindən qəbul olunub, səhhəti nəzərə alınmaqla Bakı İstintaq Təcridxanasından Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsi təmin edilib. Müalicə Müəssisəsinə köçürüldüyü gündən isə səhhəti gündəlik nəzarətdə saxlanılıb, kütləvi informasiya vasitələrinə də bu barədə məlumatlar verilib.

Əfqan Sadıqovun məsələsi ilə bağlı Ombudsman tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinə müraciətlər də edilib.

Tarix
2021.01.25 / 18:08
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədə yeni dövr başlayır: Gələn həftədən...

Xəzər regionu diqqət mərkəzində: Yeni geostrateji balans...

Vəfat edən keçmiş nazir kim olub? - Dosye

Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım

Prezident: Bunu xüsusi qeyd etmək istərdim - Video

Bakı ilə Bişkek arasında saziş mühüm siyasi hadisədir

İlham Əliyev isveçrəli həmkarını təbrik etdi

Asiyada yeni müharibə başlayır

Kinematoqrafçılar İttifaqında qalmaqal - Nə baş verir?

Rusiyanın müttəfiqləri Kremlə dəstəkdən çəkindi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla