Yuxarı

Hansı marketdə çörək baha satılırsa, bu nömrəyə zəng edin!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hansı marketdə çörək baha satılırsa, bu nömrəyə zəng edin!

Son günlər bəzi KİV-də çörəyin pərakəndə satış qiymətinin artması barədə məlumatlar yayılır.

Bu barədə Axar.az-a İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat verilib.

Dövlət Xidməti bildirir ki, çörəyin pərakəndə satışı bazarında, həmçinin əhali tərəfindən daha çox istehlak edilən “dairəvi zavod çörəyi”nin satışı zamanı sui-istifadəyə və əsassız qiymət artımına yol verilməsinin vaxtında müəyyən edilməsi və qarşısının alınması məqsədi ilə mütəmadi monitorinqlər aparılır. Monitorinqlər zamanı çörəyin pərakəndə satış qiymətində heç bir artım qeydə alınmayıb.

Dövlət Xidməti nəzarət tədbirlərini davam etdirir.

İstehlak bazarında sui-istifadə və əsassız qiymət artımı halları ilə rastlaşdıqda istehlakçılardan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etmələri tövsiyə olunur (tel:498-15-01, 498-15-04).

Qeyd edək ki, Yenisabah.az saytı dünənə kimi 1,30-a satılan doyumluq təndir lavaş”ın qiymətinin bu gün 1,54-ə, 1,20-yə satılan və içərisində 10 ədəd olan “dönər lavaş”ın isə 1,44-ə yüksəldiyini yazıb.

Bildirilib ki, qiymət artımı baton çörəklərində də müşahidə edilib. Belə ki, 400 qram olan doğranmış baton çörəyi ötən gün 55 qəpik idisə, bu gün 70 qəpiyə satılır.

Tarix
2021.02.25 / 13:02
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla danışdı

Azərbaycan liderinin Pezeşkianla telefon danışığı... - Arakçı

Rusiya-ABŞ razılığa gələ bilmədi, Ukrayna üçün fürsət yarandı

Hüquqşünasdan deputata: Səhv edirsiniz, cənab Cəfərov!

Vensin Bakı səfərinin vaxtı açıqlandı

Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinə məxsusdur

Seleznyovun Ermənistana girişi qadağan edildi

İran faciəvi şəkildə çökür, Pezeşkian bacarmayacaq...

İki ölkədə Çin casusları yaxalandı - Böyük qalmaqal

Nazir Talıbovu yüksək vəzifəyə təyin etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla