Yuxarı

Hərbçilərin maaşına əlavələr edilir - Deputat

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hərbçilərin maaşına əlavələr edilir - Deputat

İşğaldan azad edilmiş ərazilərdə xidmət edən, o cümlədən hərbi hissənin yerləşdiyi ərazinin iqlim şəraiti, yüksəkliyi və digər məqamları nəzərə alınmaqla, hərbi qulluqçuların əmək haqlarına əlavələr əmsallar formasında ediləcək. Bununla bağlı olaraq, aidiyyəti qurumlar tərəfindən müvafiq fəaliyyət həyata keçirilib.

Axar.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov Report-a açıqlamasında deyib.

Onun sözlərinə görə, yaxın zamanlarda hərbi qulluqçuların əmək haqlarına əlavələrin verilməsi Nazirlər Kabinetinin qərarı formasında təmin ediləcək.

Deputat həmçinin bildirib ki, hərbçilərin əmək haqqları ilə bağlı məsələ Milli Məclisin deputatı kimi Müdafiə Nazirliyinə şifahi deputat sorğusu edərək aidiyyəti komitə rəhbərlərinə məruzə edib:

“Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanunun 10.2-ci maddəsinə uyğun olaraq, döyüş şəraitində, döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçulara həmin dövr üçün ödənilməli olan pul təminatı ikiqat hesablanıb və ödənilib”.

Tarix
2021.02.25 / 22:48
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

İran prezidenti ilə bağlı şok faktlar: Bunlardan məhrumdur!

Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasında...

İlham Əliyevin Naxçıvan səfəri: Strateji dönüş nöqtəsi...

Azərbaycan ABŞ-ın köməyinə ümid edir - Səfir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla