Yuxarı

Neft mədənində yaralı kərkəs tapıldı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Neft mədənində yaralı kərkəs tapıldı - Video

Neft mədənində tapılan yaralı kərkəs xilas edilib.

Axar.az Baku TV-yə istinadən xəbər verir ki, ayağından və qanadlarından yaralanan qara kərkəs Səbail rayonunda SOCAR-ın “Bibiheybət” Neft və Qazçıxarma İdarəsinin ərazisində tapılıb.

Belə ki, neft buruqlarının arasında köməksiz vəziyyətdə qalan nadir quş mədən ərazisinin mühafizəsini təşkil edən “Security Operatiyon Services” şirkətinin əməkdaşları xidmət etdikləri sahədə gəzərkən diqqətlərini çəkib.

Onlar quşu neft buruqlarının arasından götürüb şirkətin mərkəzi binasına gətirib. Quşa su və yem verilib. Daha sonra “Security Operatiyon Services” şirkəti tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verilib. Əraziyə gələn 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı tərəfindən quşun “Qırmızı Kitab”a daxil edilmiş qara kərkəs olduğu müəyyən edilib.

Nadir quş nazirlik əməkdaşlarına təhvil verilib.

Tarix
2021.04.18 / 00:15
Müəllif
Axar.az
Digər xəbərlər

Yermek Koşerbayev Azərbaycana səfər edəcək

İrandan bəyanat: Naxçıvana PUA zərbəsi...

Bakı ilə Tiflis arasında əlaqələrin intensivliyi getdikcə artır

İranın qisas günü çatdı: ABŞ qarşısını almaq üçün sabah...

Hindistanın Bakıya “qəfil sevgisinin” səbəbləri...

İlham Əliyev Möhsün Şəntürkü qəbul etdi

Rəsmi Bakı BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu qınadı

İlham Əliyev bütün manipulyasiyalara son qoydu - Maxaşvili

Ukrayna əraziləri geri qaytarır, Rusiya zəifləyir...

İranın ABŞ-a qardaş olmasının sübutları - Şok faktlar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla