Yuxarı

Tanınmış aparıcıya vəzifə verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tanınmış aparıcıya vəzifə verildi

Azərbayanda Qadın Sahibkarlığı Asossiasiyası (AQSİA) İdarə Heyətinin hesabat yığıncağı keçirilib.

Axar.az xəbər verir ki, iclas zamanı İdarə Heyəti İctimaiyyətlə Əlaqələr Komissiyasının sədri, əməkdar jurnalist Mətanət Ağamirlinin AQSİA-nın İcraçı katib vəzifəsinə təyinatı barədə qərar qəbul edib.

Xatırladaq ki, Mətanət Ağamirli 26 ildir ki, aktiv jurnalist fəaliyyəti ilə məşğuldur. Lider TV-nin Türkiyə üzrə təmsilçisi, “Sədadan sonra”, “Mövqe”, “Portretlər silsiləsindən”, “Səda+”, “Gender”, “Səda 24”, “Seçim” kimi bir sıra ictimai-siyasi proqramların müəllifi və aparıcısı vəzifələrində çalışıb. Ümummilli Lider Heydər Əliyevin prezidentliyi dövründə onun xarici səfərlərini, fəaliyyətini işıqlandıran jurnalist qrupunun üzvü olub.

YAP Qadınlar Şurasının nəşri olan “Zəriflik” jurnalının redaktorudur. 2016-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə Əməkdar jurnalist fəxri adı ilə təltif edilib.

Azərbayanda Qadın Sahibkarlığı Asossiasiyası 2017-ci ilin oktyabr ayında (AQSİA) İqtisadiyyat Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə təsis olunub. Hazırda yüzlərlə fəal işgüzar xanımı öz sıralarında birləşdirən qurum Azərbaycanın ən böyük qadın platforması hesab edilir.

Tarix
2021.05.26 / 14:46
Müəllif
Axar.az
Digər xəbərlər

Bayağı verilişlər bağlandı, efir təmizlənir: İndi nə olacaq?

Cövdət Yılmaz Azərbaycana gəldi

Elxan Mikayılov işdən çıxarıldı

Putin bunu istədi, Paşinyan açıq şəkildə rədd etdi

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq

Əli Əsədov TDT baş katibi ilə görüşdü

Daha bir ölkənin baş naziri Azərbaycana gəldi

İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar

“Urban Expo” sərgisinə qeydiyyat müddəti uzadıldı

Bu, Paşinyanla Əliyevin sayəsində mümkün olub - Putin

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla