Yuxarı

Hacıyev: Ölkəmiz "feyk nyus" hücumlara məruz qalıb

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hacıyev: Ölkəmiz "feyk nyus" hücumlara məruz qalıb

21:21

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində təşkil olunan paneldə çıxış edib.

Axar.az xəbər verir ki, “Virtual dünyada saxta xəbərlər” mövzusunda keçirilən paneldə hazırda qlobal problemə çevrilən saxta, uydurma informasiyaların yayılması, onun yaratdığı təhlükələr və vəziyyətdən çıxış yolları müzakirə olunub.

Paneldə münaqişələrin qarşısının alınması və erkən xəbərdarlıq mərkəzinin prezidenti xanım Lulian Cifunun, tanınmış yazıçı, Portuqaliyanın keçmiş Avropa naziri Bruno Macaesin, Qətərin xarici işlər nazirinin köməkçisi və Xarici İşlər Nazirliyinin sözçüsü Lolvah Rashid Al-Khaterin çıxışları dilənilib.

Paneldə çıxış edən Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ölkəmizin müxtəlif vaxtlarda müəyyən dairələr tərəfindən məqsədli şəkildə yayılan “feyk nyus” hücumlarına məruz qaldığını, hətta bəzi xarici kütləvi informasiya vasitələrinin həqiqətə uyğun olmayan həmin informasiyalara istinad edərək Azərbaycan haqqında yanlış rəy formalaşdırmağa çalışdığını bildirib. Təəssüflə qeyd olunub ki, hətta bəzi hallarda Azərbaycan haqqında həqiqi məlumat yayan şəxslərin sosial media hesablarının bağlanması halları da müşahidə olunub.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Düsen Kaseinov, ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, beynəlxalq ekspert Metyu Brayza, Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli, həmçinin səfirlər, deputatlar, digər nüfuzlu şəxslər paneldə iştirak ediblər.

Çıxışlardan sonra suallar cavablandırılıb.

Tarix
2021.06.18 / 21:54
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Almaniyada səfərdədir - Foto

Azərbaycan müstəqil siyasi kurs həyata keçirir

Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü... - Video

“Mehdiyev işi”ndə kritik ad: “Şərq-Qərb” kimindir?

Nümayəndə heyətimiz quru yolla İrəvana getdi - İlk dəfə

İşarə verildi, bu şəxslər də həbs ediləcək

Allahşükür Paşazadə Betsi Berns Kornla görüşdü

Fuad Qəhrəmanlının DTX-yə cavabı: Video necə çəkilib?

Azərbaycan və Rusiya aktual məsələləri müzakirə etdi

“Zəngəzur Orta Dəhlizə rəqibdir” deyənlər... - Mamaladze

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla