Yuxarı

“Xan bağı”nda Xan çinarı aşdı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində yerləşən “Xan bağı” (“Sərdar bağı”) istirahət guşəsində irigövdəli çinar ağacı – Xan çinarı kökündən qoparaq oturacağın üzərinə aşıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Gəncə şəhər İcra Hakimiyyəti MKTİB-in mətbuat katibi Vüsal Balayev Axar.az-a bildirib ki, çinar Gəncədə güclü külək əsməsi nəticəsində aşıb:

“Xan bağı” ilə yanaşı, şəhərin Bayraq meydanı, Gəncə Qala Qapıları, Heydər Əliyev prospekti, Fikrət Əmirov parkı, Gülüstan qəsəbəsi ərazilərində də ciddi fəsadlar yaranıb, yaşıllaşdırma şöbəsinin əməkdaşları tərəfindən problem aradan qaldırılıb”.

Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qəmbərov isə inzibati qurumların belə irigövdəli və uzunömürlü ağaclara qarşı etinasız yanaşması nəticəsində fövqəladə hal yarandığını qeyd edib:

”Xan bağı” şəxsi mülkiyyətdə olan istirahət guşəsidir. Mülkiyyətçinin işi sözügedən bağı lazımi qaydada saxlamaqdan ibarətdir. Bəzən güclü külək nəticəsində bu cür fövqəladə hal baş verə bilir. Mülkiyyət sahibi yaşlı və gövdəsi çürümüş ağacları düzgün qiymətləndirməli, qanunvericiliyə uyğun qabaqlayıcı tədbir görməlidir”.

Tarix
2021.06.30 / 14:46
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

Ermənistanın yaydığı bu məlumat yalandır - MN

Laçın Zirvəsindən “Orta güc”ün mühüm mesajları...

Prezidentin Laçın aeroportundan paylaşımı - Video

Ərdoğandan Laçın aeroportu ilə bağlı paylaşım...

“3 qardaş”a qarşı Hindistanın “3 qardaş” ittifaqı...

Azərbaycan və Avropa Birliyi razılığa gəldi

Bayramovdan Darla bağlı paylaşım: Səni Laçında görmək...

Hər üç ölkənin Qəzza ilə bağlı mövqeyi... - Şərif

Kanada səfiri Azərbaycanı təbrik etdi

Onlar İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla