Yuxarı

Hacı Şahindən Aşura günü ilə bağlı çağırış

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hacı Şahindən Aşura günü ilə bağlı çağırış

Aşura günü ilə bağlı mərasimlər pandemiya ilə əlaqədar olaraq məhdud sayda insanın iştirakı ilə keçiriləcək. Yoluxmaları nəzərə alaraq insanları qaydalara riayət etməyə çağırıram.

Axar.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında din xadimi Hacı Şahin Həsənli deyib. O bildirib ki, Aşura islam tarixinin önəmli hadisələrindən biridir:

"Avqustun 19-u Aşura günü kimi qeyd olunur. Aşura ərəb dilindən tərcümədə onuncu mənasını ifadə edir. Məhərrəm ayının 10-u Kərbəla hadisəsi baş verib. Bu islam tarixində ən mühüm hadisələrdən biridir. Aşura günü Məhəmməd Peyğəmbərin nəvəsi İmam Hüseyn və silahdaşları Kərbəla çölündə qətlə yetiriliblər. O dövrdən başlayaraq müsəlmanlar dünyanın hər yerində bu hadisəni qeyd edirlər. Azərbaycanda da ənənəvi olaraq Aşura mərasimləri keçirilib. Hətta sovet dövründə belə, insanlar bu mərasimlərdə iştirak ediblər.

Artıq ikinci ildir ki, pandemiya şəraitində yaşayırıq və belə bir dövrdə kütləvi tədbirlərin keçirilməsi mümkünsüzdür. Keçən il ümumiyyətlə məscidlər bağlı idi, bu il isə məhdud sayda, cəmi 50 nəfərin iştirakı ilə bu mərasim keçiriləcək. Həmin şəxslər də bütün qaydalara riayət edəcəklər, sosial məsafə qorunacaq, maskalardan, dezinfeksiya vasitələrindən istifadə təmin olunacaq. Məscidlərdə də icmalar bu prosesə nəzarət edəcəklər".

Onun sözlərinə görə, pandemiya səbəbindən insanların əksəriyyəti bu mərasimlərdə iştirak edə bilmədiyindən, din xadimləri onlayn qaydada canlı yayım vasitəsilə çıxış edəcəklər:

"Bu çıxışlar sosial şəbəkələr üzərindən yayımlanacaq və insanlar evlərində oturub, xütbələri dinləyə və mərasimə virtual olaraq qatıla biləcəklər. Eyni zamanda Aşura günü qanvermə aksiyaları da keçiriləcək. Qafqaz Müsəlmanları İdarəsi artıq ünvanları açıqlayıb. Bu il məscidlərdə bunun üçün şərait olmadığından, tibb müəssisələrində qanvermə aksiyaları təşkil olunacaq.

Bir daha insanlara müraciət edirəm ki, yoluxma sayının artmasını nəzərə alaraq hər zaman qaydalara riayət etsinlər. Bu, ciddi məsələdir".

Tarix
2021.08.18 / 22:32
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Ukraynanın bu şəhərinin fəxri vətəndaşı elan edildi

Azərbaycandan keçməklə Ermənistana taxıl göndərildi

Paşinyan Mustafayevin Ermənistana səfərindən danışdı

Prezident çempion olan güləşçiləri qəbul etdi - Foto

Bakıya qarşı plan ifşa oldu! “Baş naziri yola salmaq...” - Video

Azərbaycanda maaş sistemində mühüm yenilik...

XTQ-nin yaradılmasından 27 il keçir

ADNA terrorundan 17 il ötür

Ramiz Mehdiyevin 1995-ci ildəki çıxışı yayıldı - Video

Azərbaycanla Kolumbiya arasında mina müzakirəsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla