Yuxarı

İnterpol Azərbaycanda qanunsuz mərc edənləri aşkarladı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İnterpol Azərbaycanda qanunsuz mərc edənləri aşkarladı

İnterpol futbol üzrə Avropa çempionatı vaxtı qanunsuz mərc oyunlarından milyonlar qazanmağa çalışan və çirkli pulların yuyulması üzrə fəaliyyətdə əlləri olan mütəşəkkil cinayətkar qruplara qarşı əməliyyat keçirib.

Axar.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, cinayətkar qrupların fəaliyyətinin izlənildiyi 28 ölkə arasında Azərbaycan da yer alıb.

SOGA VIII əməliyyatı Asiya və Avropada 1400-dək şübhəli şəxsə qarşı minlərlə reyd və həbslə nəticələnib. 7,9 milyon ABŞ dolları nəğd pul, habelə, 465 milyon dollar pul qoyuluşu edilən kompüterlər, mobil telefonlar müsadirə edilib.

Əməliyyatı İnterpolun Maliyyə cinayətləri və korrupsiya üzrə mübarizə şöbəsi Asiya və Sakit Okean Eskpert Qrupunun dəstəyi ilə həyata keçirilib.

Honq Konq polisi 800 şübhəli şəxsi saxlayıb. Onlardan 2,7 milyon ABŞ dolları nəğd pul müsadirə edilib. Bu, qeyri-qanuni azart oyunları ilə mübarizə tarixinin ən uğurlu əməliyyatı olub. SOGA VIII əməliyyatında Avropa ölkələri, habelə bir sıra hüquq-mühafizə orqanları ən fəal iştirak ediblər.

İnterpolun iqtisadi və maliyyə cinayətkarlığına qarşı mübarizə bürosunun direktoru Roberto Ribaldo bildirib ki, yoxlamaya məruz qalan 285 bukmeyker kontorlarına qeyri-qanuni pul qoyuluşuna görə 1,5 milyon avro sanksiya tətbiq edilib.

Əməliyyat onlayn fəaliyyət istiqamətində açıq-aşkar irəliləyişin olduğunu üzə çıxarıb. Cinayətkar qruplar maliyyə texnologiyaları, o cümlədən azart oyunlarına həsr edilmiş beynəlxalq saytlar və onlayn bank hesablarından tam istifadə ediblər. Əməliyyatı Cənubi Koreya maliyyələşdirib. Bu günədək SOGA əməliyyatı 19 mindən çox həbsə gətirib çıxarıb və 63 milyon dollardan çox nəğd pul müsadirə olunub. Həmçinin ümumilikdə 7,3 milyard dollar vəsaitin dövr edildiyi 400-dən çox qeyri-qanuni oyun zalı bağlanılıb.

İştirakçı ölkələr bunlardır: Avstriya, Azərbaycan, Bəhreyn, Belçika, Bruney, Kamboca, Çin, Xorvatiya, Çexiya, Finlandiya, Fransa, Almaniya, Macarıstan, Hindistan, İrlandiya, İtaliya, Malaziya, Maldiv adaları, Filippin, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, Sinqapur, İspaniya, İsveçrə, Böyük Britaniya, Vyetnam.

Qeyd edək ki, Avro-2020 12 iyun - 12 iyulda keçirilib. A qrupunun 3 oyunu ilə yanaşı, 1/4 final qarşılaşmalarından 1-i Bakı Olimpiya Stadionunda gerçəkləşib.

Tarix
2021.09.14 / 18:01
Müəllif
Axar.az
Digər xəbərlər

Rəşt–Astara dəmir yolu nə vaxt hazır olacaq? - İrandan açıqlama

Bakı ilə Roma arasında hərbi əməkdaşlıq müzakirə olundu

Prezidentin səhhəti pisləşəndə Mehdiyev Moskvaya zəng etdi

Azərbaycanda Vatsap istifadəçilərinə xəbərdarlıq

Bakının üç rayonunda qaz təchizatı dayandırılır

Bakı onlarla tərəfdaşlığa sadiqdir - XİN rəsmisi

Azərbaycan və Niderland arasında mühüm müzakirə

FHN yanında İctimai şuranın üzvləri bir araya gəldi

Ermənistanla sərhəddə mina partlayışı: XİN-dən reaksiya

Mirzoyan Rubionun müavini ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla