Yuxarı

Ölən federasiya prezidentinin yerinə müharibə veteranı gəldi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölən federasiya prezidentinin yerinə müharibə veteranı gəldi

Azərbaycan Hapkido Federasiyasına yeni prezident seçilib.

Axar.az Oxu.az-a istinadən xəbər verir ki, qurumun yeni prezidenti 56 yaşlı Zöhrab Məmmədov olub.

Zöhrab Məmmədov federasiyanın bir həftə əvvəl dünyasını dəyişmiş prezidenti Süleyman Məmmədlinin qardaşıdır.

1965-ci ilin Tovuzun Ağdam kəndində anadan olmuş Z.Məmmədov 90-cı illərin Qarabağ müharibəsi iştirakçısıdır. Özünə “Bozqurd” ləqəbini götürmüş Z.Məmmədov Tovuz özünümüdafiə batalyonunun komandirlərindən biri olub. 9-cu dan qara kəmər, Qrand Master, Beynəlxalq dərəcəli təlimatçı və “Azərbaycan Bayrağı” laureatıdır.

Qeyd edək ki, Süleyman Məmmədli 73 yaşında rəhmətə gedib. O, modul tipli xəstəxanada koronavirusdan dünyasını dəyişib.

Tarix
2021.09.29 / 13:23
Müəllif
Axar.az
Digər xəbərlər

Zakir Həsənov MDB-nin növbəti iclasında iştirak etdi

Pezeşkian Əliyevə zəng etdi - Təcili

Əli Əsədov Cövdət Yılmazla görüşdü

Andrey Babiş bu tarixdə Azərbaycana gələcək

BMT Şurası Bakının təşəbbüskarı olduğu qətnaməni qəbul etdi

Daha bir azərbaycanlı Ukraynada həlak oldu - Foto

İlham Əliyev bu türk ölkəsinə gedəcək

Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Prezident onları qəbul etdi - Foto

Türklər birləşir: 2,1 trilyonluq ÜDM ilə yeni güc...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla