Yuxarı

Bakıda yaxın keçmişin dəbdəbəli bəy evi niyə dağılır?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda yaxın keçmişin dəbdəbəli bəy evi niyə dağılır?

Bakının Buzovna qəsəbəsinin Ordubadi küçəsindəki yarıuçulmuş bina Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin balasındadır.

Bu barədə Axar.az-a Xəzər rayon İH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbala Qurbanov deyib.

“Sonradan həmin bina istifadə olunmadı. Heç Əlillər Cəmiyyəti üçün yeni bina da tikilmədi. Ora Əziz bəy adlı şəxsin evi olub. Binanın yarısı artıq sökülüb. Lakin bərpa olunması barədə bir məlumatımız yoxdur. Çünki bina Gözdən Əlillər Cəmiyyətinə aiddir”, - G.Qurbanov bildirib.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayev bildirib ki, binanın sökülüb təmir olunması üçün cəmiyyətin maddi imkanı yoxdur:

“Həmin ərazidə vaxtilə qaçqınlar məskunlaşmışdılar. Müvafiq qurumlara müraciət olunmuşdu ki, gələcəkdə yeni layihə həyata keçirək. Lakin maddi vəziyyətimiz buna imkan vermədi. Bu gün əraziyə gedib vəziyyətlə bağlı yenidən baxış keçirəcəyik. Müvafiq dövlət qurumlarına müraciət edəcəyik”.

Qeyd edək ki, Azərbaycanın Macarıstandakı sabiq səfiri Vilayət Quliyev Buzovna qəsəbəsinin Ordubadi küçəsində dağılmış halda olan bina ilə bağlı paylaşım etmişdi. Səfir binanın hər an uçmaq təhlükəsi olduğunu qeyd edərək, sahəyə sahib çıxılmaması ilə bağlı iradını bildirmişdi.

Tarix
2021.10.20 / 12:05
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı

Türkiyə Ermənistanda “tərəfini” elan etdi

Trampın ən yaxını Türkiyəni hədələdi: İrandan sonra?..

İrandakı hadisələr iqtisadiyyatımıza necə təsir edəcək?

Bayramov Qrono ilə görüşdü: Sülh prosesi...

Azərbaycan və Ermənistan nümayəndələri bu əraziyə baxdı

“Tramp yolu” Putinlə müzakirə olunub - Paşinyan

Bayramovla bu məsələni 2 saata yaxın müzakirə etmişik...

ABŞ Azərbaycan vətəndaşları üçün bu vizanı dayandırır

Naxçıvana maneəsiz nəqliyyat əlaqəsi... - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla