Yuxarı

Prezident tapşırdı: Ölkədə hostellər tikiləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident tapşırdı: Ölkədə hostellər tikiləcək

Azərbaycana gələn aztəminatlı turistlər üçün çoxyerli hostellər tikilməlidir və yaxın vaxtlarda onların inşasına başlamaq lazımdır.

Bunu Trend-ə Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov deyib. Assosiasiya rəsmisi qeyd edib ki, artıq Azərbaycanda hostellərin tikintisinə xarici investorlar da maraq göstərirlər:

"Bizdə olan məlumata görə, bir çox investor Bakıda hostellərin tikilməsi sahəsində boşluğun olduğunu gördüklərindən bu sahəyə investisiya yatırmaq istəyirlər. Amma arzu edərdim ki, bu sahəyə investisiyanı Azərbaycanın özünün milli sahibkarları qoysun".

M.Ağakərimov bildirib ki, Azərbaycana səfər edən turistlərin çoxu Bakıda qaldığından hostellər də ilk növbədə Bakıda tikilməlidir. Belə obyektlər daha sonra ölkənin turizm regionlarında yaradılmalıdır.

Xatırladaq ki, ötən ay Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında nisbətən ucuz qiymətli otellərin tikilməsinin vacib olduğunu bildirmişdi.

Tarix
2015.08.03 / 13:24
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Bayramov Fidanla danışdı: Türkiyəyə raket hücumu...

Əli Əsədov türkiyəli nazirlə görüşdü

İrandan sonra növbəti ölkə... - Qorxuya düşdülər

Türkiyəyə raket hücumu: Azərbaycan MN-dən reaksiya...

Putinin Əliyevə zənginin səbəbləri - Rusiyadan baxış

Bu, dinc sakinlər üçün ciddi təhlükə yaradır - XİN

Mirziyayev Azərbaycanda mühüm foruma qatılacaq

Türkiyə İrandan növbəti ballistik raketin atıldığını təsdiqlədi

Bu iki ölkə Azərbaycanda səfirlik açır

Mövcud geosiyasi şəraitdə müdafiə qabiliyyətinin artırılması...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla