Yuxarı

"Ramin yeraz"a hökm oxundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Ramin yeraz"a hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində sosial şəbəkələrdə "Ramin yeraz" kimi qeydiyyatdan keçən, narkotik vasitələr təbliğ etməkdə təqsirləndirilən Ramin İsmayılovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Axar.az xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.

Məhkəmənin hökmü ilə R.İsmayılov 5 il müddətinə azadlıq məhrum edilib.

Qeyd edək ki, Nizami rayon sakini olan R.İsmayılov narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən 5,140 qram heroin aşkar edilərək götürülüb.

Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, R.İsmayılov bundan əvvəl də 2018-ci ildə dələduzluqda şübhəli bilinərək tutulub. O, sosial şəbəkələrdə “Ramin yeraz” adı ilə tanınan ifaçıdır. R.İsmayılov özünü “Ramin yeraz prodakşn”ın sahibi kimi təqdim edirdi.

Tarix
2021.12.14 / 14:17
Müəllif
Axar.az
Digər xəbərlər

Cövdət Yılmaz Azərbaycana gəlir

Elxan Mikayılov işdən çıxarıldı

Putin bunu istədi, Paşinyan açıq şəkildə rədd etdi

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq

Əli Əsədov TDT baş katibi ilə görüşdü

Daha bir ölkənin baş naziri Azərbaycana gəldi

İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar

“Urban Expo” sərgisinə qeydiyyat müddəti uzadıldı

Bu, Paşinyanla Əliyevin sayəsində mümkün olub - Putin

Bakı və Türkmənbaşı limanları əməkdaşlığı genişləndirir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla