Axar.az
Yuxarı

ADU-da 20 Yanvar faciəsinin ildönümü qeyd edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 19-da Azərbaycan Dillər Universitetində 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.

Axar.az xəbər verir ki, əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

ADU-nun rektoru, akademik Kamal Abdulla 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə sovet hərbi birləşmələrinin Azərbaycanda xalqımızın iradəsini sındırmaq üçün törətdiyi qanlı terror haqqında danışıb.

Vurğulanıb ki, faciədən bir gün sonra Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet rəhbərliyinin xalqımıza qarşı həyata keçirdiyi dəhşətli cinayəti kəskin pisləyən bəyanatla çıxış edib. 1994-cü il martın 29-da qəbul edilən qərarda 20 Yanvar faciəsinə ilk dəfə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilib:

“Ulu öndərin Moskvada Azərbaycan xalqının səsini bütün dünyaya bəyan etməsi dövrün böyük bir tarixi əhəmiyyətə malik hadisəsi idi. Mən inanıram ki, bu gün şəhidlərimizin ruhu şaddır. Şəhidlərin əziz xatirəsi bizim qəlbimizdə daim yaşayacaqdır. Şəhidlərimiz öz qanları hesabına Vətənimizi bütövləşdirdilər, başımızı uca etdilər. 44 gün davam edən Vətən müharibəsində Azərbaycan xalqı Ali Baş Komandanın ətrafında dəmir yumruq kimi birləşdi. İnamla, Vətən sevgisi ilə qələbəni əldə etdik və sübut etdik ki, biz qələbəyə layiq xalqıq. Qalib xalq mədəniyyətini də nümayiş etdirməyi bundan sonra da davam etdirməliyik. Biz sülh şəraitində yaşamaq, qurmaq və qonşularımızla mehriban qonşuluq şəraitində yaşamaq istəyirik. Bu gün biz geridönməz inkişaf mərhələsindəyik. Hər kəs bu inkişafa və uğura öz töhfəsini verməlidir”.

ADU-nun Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müdiri, dosent Qorxmaz Mustafayev, Regionşünaslıq kafedrasının müəllimi Orxan Nəbiyev Azərbaycan tarixinə şərəflə yazılan 20 Yanvar gününün xalqımızın qan yaddaşına həkk olunmasından danışıblar.

Şəhid Ülvi Bünyadzadənin bacısı, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə hər il anım günü ilə bağlı Azərbaycan Dillər Universitetində olduğunu söyləyib. Xalq üçün, millət üçün canlarını fəda edən qəhrəman oğul və qızlarımızın xatirəsinin daim uca tutulduğunu bildirib. O, şəhidlərin ölməzliyi, əbədiyyəti haqqında fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.

Tədbirin sonunda Filologiya fakültəsinin 141a qrupunun tələbəsi Rəna Şabanzadə bədii kompozisiya ilə çıxış edib.

Tarix
2022.01.19 / 21:43
Müəllif
Axar.az
Şərhlər
Memorial Zefer
Digər xəbərlər

Əli Əsədov qərar imzaladı

“Aztelekom”un əməkdaşı faciəvi şəkildə öldü

Polis vətəndaşı yanğından belə xilas etdi - Video

Qadir İbrahimli ilə vida mərasimi burada keçiriləcək

Xocavənddə metal tullantılar toplayanlar saxlanıldı

DTX terrorçulara qoşulan azərbaycanlını həbs etdi

Güclü külək nə vaxta kimi davam edəcək?

Mağazada vaxtı keçmiş məhsullar aşkarlandı

Yol polisindən sürücülərə müraciət

Qubada 5 il əvvəl törədilən qətlin üstü açıldı

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla