Mehdiyev işində məni ən çox yandıran, əzən odur ki...
10:15
| Ana səhifə Toplum |
|
Sabah Azərbaycanın bəzi yerlərində havanın temperaturu 41 dərəcəyədək yüksələcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, avqustun 19-da Bakı və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz olacaq, lakin axşama doğru buludluluq artacaq. Cənub küləyi əsəcək.
Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 23-27, gündüz 32-37 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, şərq küləyi əsəcək.
Aran rayonlarında havanın temperaturu gecə 21-26, gündüz 34-39, bəzi yerlərdə 41 dərəcəyə qalxacaq. Dağlarda gecə 15-20, gündüz 28-33 dərəcə isti proqnozlaşdırılır.
|
Tarix
2015.08.18 / 13:24
|
Müəllif
Günay Ali
|