Yuxarı

MN-də yeyinti bizə nəyi göstərdi? - Fazil Mustafa

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
MN-də yeyinti bizə nəyi göstərdi? - Fazil Mustafa

Dövlət Təhlükəsizlik Xidməti tərəfindən Müdafiə Nazirliyində əməliyyat keçirildi. Çox utancverici bir hadisə baş verdi. Zəfərdən, ölkə Prezidentinin Azərbaycanın torpaqlarının azad edilməsi istiqamətində atdığı möhtəşəm addımlardan sonra məlum oldu ki, qələbənin nəticələrini pul formasında MN xımır-xımır yeyirmiş.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa Parlamentin bu gün keçirilən iclasında deyib.

“Orta mərhələdə 10 milyondan çox yeyinti vardı. Yuxarı mərhələdə yəqin ki, bu rəqəm 100 milyonlarladır. Bu hadisə bizə nəyi göstərir? Tərtər hadisələrinin də bu gün yenidən istintaqa qaytarılması və üzərində iş aparılması onu deyir ki, nəzarətsiz təhlükəsizlik və müdafiə orqanlarının olması ölkənin gələcəyi üçün böyük problemlər yarada bilər”.

Millət vəkili bildirib ki, buna görə də parlament nəzarəti mexanizmi üzərində ciddi düşünülməlidir:

“Tərtər hadisələrində yüzlərlə insan faciə yaşayandan sonra biz onlara bəraət verilməsi ilə sevinirik. Amma bu bəraət onların həyatında nəyi dəyişəcək? Ailəsinin sınıdırlmış həyatını yenidən bərpa edə biləcəkmi? Yox! Ona görə də indidən bu məsələ barədə düşünməliyik. Parlament nəzarəti mexanizmini qurmalıyıq ki, vaxtında bu hadisələrin qarşısı alına bilsin. Müdafiə Nazirliyində yeyilən 10 milyon Mədəniyyət Nazirliyində, başqa yerlədə yeyilən vəsait deyil. Bu yeyilən bir şəhidin, qazinin qan puludur. Sabah bunların qarşısında cavab vermək üçün parlament, dövlət və cəmiyyət olaraq bu məsələnin üzərinə ciddi şəkildə getməliyik. Bunun məsuliyyətini daşıyanların mütləq məhkəmə qarşısına çıxarılmasını təmin etməliyik. Azad insanlar görsünlər ki, Ordu müqəddəs yerdir. Burada belə haramzada işlərlə məşğul olmaq olmaz”.

Tarix
2022.02.15 / 12:16
Müəllif
Aytəkin Qardaşova
Digər xəbərlər

Ceyms Di Vens Azərbaycana gəlir

Tramp İlham Əliyev və Paşinyana təşəkkür etdi

Nə muxtariyyət, nə hərbi struktur: SDQ tam “əriməlidir”

Sülh Şurasına qoşulmaq Bakıya nə qazandıracaq?

Bakının bunu etməsi böyük hadisədir - Subari

Qarabağı Azərbaycan adlandıran nazirə hücum

Bu iclasda iştirak etmək böyük şərəfdir - Səfir

Bakının təhvil verdiyi 10 erməni və 1 rusla bağlı son xəbər

Tramp bunu iki lider üçün etdi: İlham Əliyev və Zelenski...

REZA-nın fotosərgisi: Aeroportda təqdim olunur - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla