Telman İsmayılovu məhkəmə gözləyir.
ANS-in məlumatına görə, bu gün məhkəmə Moskva Bankının Telman
İsmayılovun firmasına qarşı qaldırdığı iddiasına baxacaq. Eyni
zamanda Moskva Bankı cavabdehin əmlakının həbsi barəsində də
məhkəməyə ərizə versə də, amma iddiaçının bu xahişi təmin
edilməyib.
Moskvanın arbitraj məhkəməsi bu gün Moskva Bankının iddiası üzrə
ilkin dinləmələr keçirəcək. Söhbət Telman İsmayılovun rəhbərlik
etdiyi "AST" şirkətlər qrupundan Moskva Bankının 213 milyon
dollarının geri alınmasından gedir.
İddia Moskva arbitraj məhkəməsinə 14 iyulda daxil olub. Əsas
tələblər açıqlanmır.
Üçüncü tərəf kimi dinləməyə Britaniyanın Virciniya adalarında
qeydiyyatda olan "Ruslan 2000" MMC kompaniyası da cəlb edilib. Bu
firmanın fəaliyyətinin əsas növü daşınmaz əmlakın idarə
olunmasıdır.
"AST" şirkətlər qrupunun rəhbəri, eyni zamanda adı Rusiyanın ən
zəngin biznesmenlərinin siyahısa daxil olan sahibkar İsmayılov ilk
dəfə 2009-cu ildə kiçik topdan satış ticarət mərkəzinin paytaxtı
olan Çerkizovski bazarındakı fəaliyyətinə görə, hüquq-mühafizə
orqanları tərəfindən genişmiqyaslı iddialarla rastlaşıb. Bu
hadisədən sonra bazar çoxsaylı pozuntuların aşkar olunduğuna görə
bağlanıb.
İsmayılov Telman Mərdan oğlu 1956-cı ildə Bakıda anadan olub.
Həyatının çox hissəsini Rusiyada keçirən Telman hal-hazırda da
Rusiyada yaşayır və "AST" Şirkətlər Qrupunun sahibi, Rusiya
milyarderidir. O, Türkiyənin Antalya şəhərində beş ulduzlu "Mardan
Palace" adlı otel inşa etdirib, İsrailin Akko şəhərində atasının
adına sinaqoq tikdirib.
Məlumatlara görə, Telman İsmayılov Türkiyənin "Antalyaspor"
klubunu satın almaq istəyir. Hazırda onun oğlu "Antalyaspor"un
vitse-prezidentidir.