Yuxarı

Mənsimov: Minaya düşdüm, maşın aşdı, yaralandım... - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xüsusi təyinatlı qüvvələrin hərbi qulluqçusu, polkovnik Tehran Mənsimov 44 günlük Vətən müharibəsində keçdiyi döyüş yolundan danışıb.

Axar.az xəbər verir ki, T.Mənsimov bu barədə “Azərbaycan” qəzetinə müsahibə verib.

O bildirib ki, müharibə zamanı Cəbrayıla gələrək müvəqqəti komanda məntəqəsində general-leytenant Kərim Vəliyevlə (hazırda general-polkovnik rütbəsi ilə müdafiə nazirinin birinci müavini, Baş Qərargah rəisi dir) görüşüb.

“Qeyd edim ki, təcrübəli hərbçi-döyüşçü, bizim dillə desək, səngər generalı olan Kərim Vəliyevin bu istiqamətdəki hərbi əməliyyatları peşəkarlıqla koordinasiya etməsi döyüşlərin uğurlu gedişinə mühüm töhfə verirdi. Döyüşlərin gərgin mərhələlərinin getdiyi Xocavənd rayonunun icra başçısı, I Qarabağ müharibəsində könüllü özünümüdafiə dəstələrinin komandiri olmuş Eyvaz Hüseynovun da iştirak etdiyi görüşdə əməliyyat şəraitini, döyüş tapşırıqlarını dəqiqləşdirdik, geniş məsləhətləşmə keçirdik. Hərbi komandanlığın yeni qərarlarını söyləyən Kərim Vəliyev qarşıdakı strateji hədəflər barədə məxfi məlumatları diqqətimə çatdırdı. Kərim Vəliyev Ali Baş Komandanın hazırlayıb təsdiq etdiyi Şuşa əməliyyatı barədə vacib məqamları dedi və ordu rəhbərliyinin tapşırıqları haqda məlumat verdi. Mənə artıq hər şey məlum idi”, - deyə Tehran Mənsimov deyib.

O əlavə edib ki, sonra Horadizə gedərək Naxçıvandan gələn 160 nəfərlik yeni heyəti qarşılayıb.

“Əmr gəldi ki, oktyabrın 21-də Füzulinin Qarğabazar kəndi istiqamətinə hərəkət etməliyik, növbəti döyüş tapşırığı orada veriləcək. Heyət Qarğabazara irəliləyərkən, artilleriya atəşinə məruz qaldıq. Pikap avtomobilə əyləşərək birbaşa qarşıdakı təpəyə sürdüm və erməni artilleriyasının yerləşdiyi nöqtəni müəyyən etdim. Ərazinin koordinatını dəqiqləşdirərək, məlumatı artilleriya qüvvələrimizə verdim. Dərhal artilleriyamız ermənilərin atəş nöqtələrini məhv etdilər”.

Tehran Mənsimov bildirib ki, yüksəklikdən geri qayıdanda isə ermənilər onun hərəkətdə olan avtomobilini atəşə tutublar:

“Bir qədər getdikdən sonra maşın piyada əleyhinə minaya düşdü. Güclü partlayış oldu, maşın aşdı, mən isə yaralandım. Amma hərəkət edə bilirdim”, - deyə Tehran Mənsimov əlavə edib.

Tarix
2022.10.20 / 09:42
Müəllif
Axar.az
Digər xəbərlər

Mövqelərimiz atəşə tutuldu: Ordumuz adekvat cavab verdi

AB Türkiyəni “türk əli” ilə vurdu - Ərdoğan özü razılıq verib?

Qordon: İlham Əliyev dəqiq dedi, təşəkkür edirəm - Video

Mehriban Əliyeva "Sea Breeze"dən video paylaşdı

Suriya Azərbaycandan kömək istəyir

Rusiya “sülh göyərçini”nə döndü: 3 vasitəçilik təklifi və imtina…

3 şəhərdə kanat yolu tikilir: 40 milyon ayrıldı

Orduda hərbi xidmət keçən şəxslərə şad xəbər

Prezident və ailəsinin "Sea Breeze" ziyarətindən - Video

Müavinət və təqaüd alanlara xoş xəbər: Növbəti artım...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla