Yuxarı

Bakının ən təhlükəli əraziləri açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakının ən təhlükəli əraziləri açıqlandı

Bakı şəhəri və onun ətraflarında aparılmış geoloji işlərə uyğun olaraq qeyd etmək olar ki, intensiv külək korroziyası, güclü leysan yağışları nəticəsində yamaclarda süxurlar güclü denudasiya prosesinə məruz qalır və oradakı obyektlər, yaşayış məntəqələri təhlükə qarşısında qalır. Bunları daha çox "irəliləyən yamaclar" adlandırırlar.

Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib. O bildirib ki, sürüşmə ehtimalı olan ərazilər Bayıl yamacı, Bayıl dərəsi və onun qərb yamacı, "Qurd qapısı" - Badamdar dağı tilinin qərb yamacı, Badamdar qəsəbəsinin cənub-şərq yamacı, Badamdar dağı -Şıxov sinklinalının şərq yamacı, Yasamal yaylasının cənub-şərq yamacı, Xocasən vadisinin cənub-şərq yamacı, Bakıxanov dağının şərq və cənub-şərq yamacları, Bülbülə gölünün qərb və şərq yamacları, Əhmədli yaylasının şimal-şərq, şərq, cənub-şərq yamacları, Zığ vadisinin qərb yamacı, Qardaşoğlu dağının şərq və qərb yamaclarındadır.

Baş geoloq əlavə edib ki, təkrar sürüşmə baş vermə baxımından ən təhlükəli Bayıl yamacı, Zığ vadisinin qərb yamacı, Bülbülə gölünün qərb və şərq yamaclarını hesab etmək olar: "Yamaclarda profilaktik tədbirlər görülməsinə baxmayaraq, həmin sürüşmə sahələrində təhlükəlilik dərəcəsi qalmaqdadır".

Ə. Piriyev qeyd edib ki, təkrar sürüşmələr nəticəsində yamacların təbii strukturu pozulduğundan, sürüşmə kütləsi öz kökündən qopduğundan və dayanıqlığını itirdiyindən istənilən kənar müdaxilənin təsirindən sürüşmə prosesinin hər an təkrarlanmasına şərait yarana bilər.

Tarix
2015.11.11 / 11:01
Müəllif
Axar.az
Digər xəbərlər

TRİPP-də başqa ölkələrin qüvvələri olmayacaq - Xandanyan

Azərbaycan XİN Pakistanı təbrik etdi - Foto

Prezidentin bu fikirləri beynəlxalq medianın diqqət mərkəzindədir

Xankəndi, Ağdərə və Xocalı ilə Kluj-Napoka arasında əlaqələr...

XİN-dən mina partlayışları ilə bağlı paylaşım

Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...

Prezidentin Zəngəzur dəhlizi ilə bağlı bu ifadəsi... - Şərh

Ermənistana 20 vaqon buğda göndərildi

Azərbaycanlı mütəxəssislər iki dəfə Ermənistana səfər ediblər

Prezident Almaniyanın yeni səfirini qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla