Yuxarı

Şagirdlərin nəzərinə: hansı əsərləri oxumalı?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hazırda birinci sinfə dərs deyirəm deyə, sinifdənxaric oxu üçün həftədə 1 saat vaxt ayırıram və uşaqlara şifahi xalq ədəbiyyatından nümunələr oxuyuram. 2-ci, 3-cü, 4-cü siniflər üçün "Sinifdənxaric oxu" dərsliyi var, onlara bu vəsaitdən tapşırıq verirəm. Bundan əlavə, məktəbimizin böyük və zəngin kitabxanası var, şagirdlərə ora müraciət etmələrini, dünya ədəbiyyatı nümunələrini oradan götürüb oxumalarını məsləhət görürəm.

Bu sözləri 302 nömrəli məktəbin ibtidai sinif müəllimi Reyhan Camıyeva şagirdlərə sinifdənxaric oxu zamanı hansı əsərləri məsləhət görməsi ilə bağlı Axar.az-a danışarkən deyib. Reyhan xanımın sözlərinə görə, o, şagirdlərinə daha çox vətənpərvərlik mövzusunda hekayələr oxutdurur:

"Şagirdlərimə Jül Vernin kitablarını məsləhət bilirəm, Mark Tvenin "Tom Soyyerin macəraları"nı, Viktor Hüqonun "Səfillər" romanından müəyyən hissələri oxutdururam. Həmçinin, ötən il 4-cü sinif şagirdlərinə vətənpərvərlik mövzusunda əsərləri məsləhət bildim, onları dünya sərkərdələri ilə tanış etdim.

Daha sonra şifahi olaraq Mübariz İbrahimovdan bəhs etsəm də, uşaqlar onu uzaq tarix kimi hafizələrində saxlamışdılar. Ona görə də özüm şəxsən Mübariz İbrahimovun evinə gedərək, ana-atasının, evinin şəklini çəkib şagirdlərimə göstərdim. Bundan əlavə, şagirdlərimdə ədəbiyyat sevgisi artsın deyə, maraqlı kitablar alıb, onlara hədiyyə edirəm".

Həmin məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Cəmilə Zülfüqarova isə şagirdlərini rus ədəbiyyatı ilə tanış etməyə üstünlük verdiyini bildirib:

"5-8-ci siniflərə sinifdənxaric oxu kimi Hüseyn Cavidin, Abdulla Şaiqin, Səməd Vurğunun əsərlərini, şifahi xalq ədəbiyyatından nağılları tapşırıq olaraq verirəm. Dünya ədəbiyyatından isə daha çox rus ədəbiyyatını – Puşkinin nəzmlə yazılmış nağıllarını, Çexovun hekayələrini məsləhət görürəm.

"Səfillər" romanından "Kozetta", "Qavroş"u oxutdurmuşam. "Səfillər" çox böyük olduğu üçün ondan hissə-hissə verirəm. Ancaq yuxarı sinifdə vəziyyət dəyişir. "Səfillər"in tam versiyasını, B.Vahabzadənin poemalarını – "Atılmışlar"ı, "Şəbi-hicran"ı və başqalarını tövsiyə edirəm. Bəzən şagirdə tapşırıram ki, sinifdənxaric oxu kimi öz sevdiyi şairin şeirini əzbərləsin. Çalışıram ki, şagirdlərimiz ədəbiyyata sevgi ilə böyüsünlər".

Tarix
2015.11.16 / 01:24
Müəllif
Aytac Qədirova
Digər xəbərlər

Milli Məclisin iclası başladı

Paşinyan İTV-yə müsahibəsində özü-özünü təkzib etdi

Avropa liderləri Albaniyada: Əliyev mühüm sammitdə...

Paşinyan İTV-nin sualına belə cavab verdi - Video

Sülh sazişinin bəzi bəndləri açıqlandı

Əmin olmaq istəyirik ki, Bakının niyyəti... - Paşinyan

Vüsal Məmmədov işdən çıxarıldı

"Georgi lenti"ni həmin tədbirə gətirənlər bəlli oldu - Foto

Ərdoğanla Zelenskinin görüşü başa çatdı - Foto

Azay Quliyev Rumıniyadakı prezident seçkilərini izləyəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla