Yuxarı

Bu, İlham Əliyevin xüsusi diqqətindədir - DSX rəisi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu, İlham Əliyevin xüsusi diqqətindədir - DSX rəisi

Sərhəd təhlükəsizliyinin təmin edilməsi məsələləri Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi diqqətindədir.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Bakıda keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) Sərhəd Qoşunlarının Komandanları Şurasının (SQKŞ) 86-cı iclasında deyib.

"Son 20 il ərzində dövlət başçısı Dövlət Sərhəd Xidmətinin müxtəlif hərbi hissələrinə 40 dəfədən çox səfər edib, bölmələrdəki vəziyyətlə şəxsən tanış olub. Cənab Prezidentin bilavasitə dəstəyi ilə sərhəd təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi üzrə kompleks tədbirlər görülüb və bu istiqamətdə işlər davam etdirilir”, - E.Quliyev deyib.

Onun sözlərinə görə, sərhəd infrastrukturunun təkmilləşdirilməsi, şəxsi heyətin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.

"İşğaldan azad edilmiş ərazilərdə sərhəd infrastrukturunun yaradılmasına xüsusi diqqət ayrılır. Ölkənin ərazi bütövlüyü bərpa edildikdən sonra dövlət sərhədinin azad edilmiş hissələrində xidməti-döyüş fəaliyyətinin təşkili üçün zəruri tədbirlər həyata keçirilib. Qubadlı əlahiddə sərhəd diviziyası, çevik reaksiya qüvvələri briqadaları və müxtəlif hərbi birləşmələr yaradılıb”, - Dövlət Sərhəd Xidmətinin rəisi bildirib.

Tarix
2023.06.08 / 13:21
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın namizədi BMT-nin bu komitəsinin üzvü seçildi

Azərbaycan nümayəndələri Kabildə beynəlxalq görüşdə...

Almaniya ümid edir ki, Əliyev bu il Berlinə gələcək – Səfir

Ermənistana 490 ton buğda göndərildi

İsrail ABŞ-İran razılaşmasına qarşı çıxdı

İsrail, İran, ABŞ, ərəblər - narazıdır: Bu, nə razılaşmadır?

Ərdoğan Azərbaycanı təbrik etdi

Suriyalı nazir Azərbaycanla münasibətlərdən danışdı

Türkiyə MN Azərbaycanı təbrik etdi - Foto

Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla