Yuxarı

Şəhid ailələri Xızıda - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəhid ailələri Xızıda - Video

Bir neçə gün öncə Bakıda və Vətənimizin digər bölgələrində yaşayan şəhid analarını ata yurdum olan Xızının Yarımca kəndinə dəvət etdik. Onları layiqincə qarşılayıb, gözəl bir gün keçirdik.

Axar.az xəbər verir ki, bunu “Fireland producton”un rəhbəri, tədbirin təşkilatçısı Cəlal Qurbanov bildirib.

“Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” layihələrinin rəhbəri, bir sıra vətənpərvərlik mahnılarının sözlərinin müəllifi Cəlal Qurbanov deyib ki, belə bir tədbirin təşkli onun atasının arzusu idi:

“Səhhəti ilə əlaqədar özü iştirak edə bilməsə də, ürəyi şəhid analarının, şəhid ailələrinin yanında idi. Tez-tez zəng edir, havanın bizə maneə yaradıb-yaratmadığını soruşur, kefimizi-halımızı xəbər alırdı.

Hər tədbirimizin sonunda yağış yağdığına artıq alışmışıq və mənə hər dəfə elə gəlir ki, bu yağış göylərdən bizə baxan şəhidlərimizin sevinc göz yaşlarıdır. Mən xoşbəxtəm ki, nəinki özüm, bütün ailə üzvlərim, qohumlarım, dostlarım şəhid analarına, şəhid ailələrinə öz doğmaları kimi yanaşır, az da olsa, onların dərdlərini unutmaları üçün əllərindən gələni əsirgəmirlər”, - C.Qurbanov söyləyib.

Cəlal Qurbanov vurğulayıb ki, Vətən üçün qəhrəmanlar yetişdirən, hər şeyi gözə alaraq, onları torpaqlarımızın azadlığı uğrunda döyüşə göndərən analar hər birimizin anasıdır. “Onlar üçün nə etsək azdır. Bu analar bizim baş tacımız, qəhrəmanlarımızın əmanətidir. Allah bütün şəhidlərimizə rəhmət etsin, qəhrəmanların analarını bizim başımızın üstündən əskik etməsin. Şəhid analarının, atalarının və övladlarının yanında olmaq, onların qəlbini az da olsa sevindirmək mənim üçün böyük şərəfdir.

Onları harasa aparanda, onlar üçün nəsə təşkil edəndə sanki şəhid qardaşlarımın əvəzinə bunu edib, məhz onlara hesabat verirəm. İnanıram ki, bu müqəddəs ruhlar bizi görüb sevinir, şad olur. Ömrümün sonuna kimi çalışacağam ki, ən yaxşı nə varsa, şəhid ailələri üçün edə bilim. Bu mənin həm bir insan, həm bir vətəndaş kimi borcumdur. Bizi öz övladı kimi görən şəhid analarının əllərindən öpürük. Hər zaman onların yarımçıq qalan arzularına təsəlli olmağa çalışacağıq”, - deyə o bildirib.

Tarix
2023.06.09 / 00:40
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda kibertəhlükəsizliklə bağlı mərhələ başlayır

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

İran prezidenti ilə bağlı şok faktlar: Bunlardan məhrumdur!

Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasında...

İlham Əliyevin Naxçıvan səfəri: Strateji dönüş nöqtəsi...

Azərbaycan ABŞ-ın köməyinə ümid edir - Səfir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla