Yuxarı

Namərd hücumu qətiyyətlə pisləyirik - Qafarov

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən, iyunun 28-də Fransada Azərbaycan Televiziyasının əməkdaşlarının çəkiliş zamanı kamerası əllərindən alınıb, sındırılıb və jurnalistlər silahla təhdid olunub. Fransada azərbaycanlı jurnalistlərə qarşı namərd hücumu qətiyyətlə pisləyirik. Biz Fransanın müvafiq dövlət strukturlarını öz vəzifələrini yerinə yetirən şəxslərə qarşı zorakılıq edən cinayətkarların təxirə salınmadan məsuliyyətə alınmasını tələb edirik.

Axar.az xəbər verir ki, bu sözləri Azəbaycan jurnalistlərinə Fransada edilən zorakılığa münasibət bildirərkən millət vəkili Kamaləddin Qafarov deyib.

“Son dövr ərzində Fransanın Azərbaycana münasibətdə sərgilədiyi şər və böhtan ritorikası dövlətlərarası siyasi münasibətlərə ciddi zərbə vurmaqdadır. Bir müddət əvvəl Azərbaycanın Fransadakı səfirliyinə edilən hücum, Emmanuel Makronun mütəmadi olaraq Azərbaycanla bağlı heç bir diplomatik etikaya sığmayan böhtan və təhrif dolu iddiaları Azərbaycan Televiziyasının əməkdaşlarına qarşı zorakılıq üçün rəvac vermişdir. Fransada Azərbaycan Televiziyasının əməkdaşlarına qarşı törədilən cinayət bir daha sübut edir ki, fundamental dəyərlərdən - insan haqları və demokratiyadan dəm vuran Fransa özü birbaşa insanlara qarşı qanunsuz hərəkətlər edir. Dünyanın heç bir demokratik ölkəsində, normal dövlətlərdə jurnalistlərə qarşı belə hərəkətlərə yol verilmir. Bu hadisə ancaq diktatura hökm sürən dövlətlərə xas bir xüsusiyyətdir. Ən pisi odur ki, əməkdaşlarımızın təhlükəsizliyi və sındırılmış çəkiliş vasitələri ilə bağlı hüquq-mühafizə orqanlarına müraciətlərə də məhəl qoyulmur. Bu isə artıq hüquqi nonsensdir. Sözügedən fakt Fransa iqtidarının böhran dövrünü yaşadığını, ölkədə hakimiyyət qollarına nəzarət etməkdə gücsüz olduğunu bir daha təsdiq edir”, - deputat bildirib.

Onun sözlərinə görə, bu hadisə bütün dünya dövlətləri tərəfindən qəti şəkildə qınanmalı və məsələyə adekvat qiymət verilməlidir:

“Hesab edirəm ki, Beynəlxalq Jurnalistlər Federasiyası, Avropa Jurnalistlər Birliyi, həmçinin media qurumları da törədilən zorakılığa operativ və ciddi reaksiya bildirməli, cinayətkarlar qısa müddət ərzində cəzalandırılmalıdırlar”.

Tarix
2023.06.29 / 21:19
Müəllif
Axar.az
Digər xəbərlər

Qeyri-ruslara hücum: Rusiya nədən “qəzəblənib”?

Rusiyanın Yekaterinburq terrorunda məqsədi məlum oldu

Rus icmasından Yekaterinburqdakı vəhşiliklə bağlı açıqlama

Rusiya altı azərbaycanlını həbs etdi

Azərbaycan nümayəndə heyəti Moskvaya səfərdən imtina etdi

Azərbaycanda böyük narazılıq var... - Markov

Rusiyanın Azərbaycanda bütün tədbirləri ləğv edildi

İran azərbaycanlıların da vətənidir: buna imkan vermərik

Yekaterinburq zorakılığı: Həmyerlimiz həbs edildi

Rusiyada azərbaycanlılara qarşı zorakılıq – Rəhimov çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla