Yuxarı

Fərdi sahibkar bank hesabı açmaq üçün nə etməlidir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vergi orqanında fərdi sahibkar kimi uçotda olan şəxs bank hesabı açmaq üçün nə etməlidir?

Dövlət Vergi Xidmətindən Axar.az-a bildirilib ki, Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, vergiödəyiciləri vergi uçotuna alındıqdan sonra hesab açmaq üçün bank hesablarını açmaq və aparmaq hüququ olan kredit təşkilatlarına və poçt rabitəsinin milli operatoruna (bundan sonra – bank əməliyyatları aparan şəxslərə) müraciət etdikdə, bank əməliyyatları aparan şəxslər vergiödəyicilərinə hesablar açır (qanunla hesabın açılmasından imtinaya əsas verən hallar nəzərə alınmaqla) və açılmış hesabların (qeyri-rezident üçün sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan açılmış hesablar istisna olmaqla) vergi orqanında qeydiyyata alınması üçün müvafiq məlumatı hesab açıldığı tarixdən 1 iş günü müddətində elektron qaydada vergi orqanına göndərir.

Lakin qeyd olunan dəyişikliklər 2023-cü oktyabrın 1-dən qüvvəyə minəcək və həmin tarixədək vergiödəyiciləri tərəfindən bank hesablarının açılması əvvəlki qaydada vergi orqanlarından şəhadətnamə-dublikat əldə edilməklə həyata keçirilir.

Qeyd olunanlara əsasən, 2023-cü il oktyabrın 1-dən vergiödəyicisi bank hesabı açmaq üçün vergi orqanına ərizə təqdim etmir və birbaşa olaraq bank əməliyyatları aparan şəxslərə müraciət etməlidir.

Tarix
2023.07.14 / 01:58
Müəllif
Axar.az
Digər xəbərlər

Akopyanın Simonyana Qarabağ “cavabı” – Bakı haqlı çıxdı!

Simonyan açıqladı: Yaxın zamanda sülh sazişi ilə bağlı...

Ərdoğan və Şərifin Laçına gəlişi İrəvanda isterika yaratdı

Laçında İlham Əliyevin Şəriflə məhdud tərkibdə görüşü keçirildi

3 lider niyə 28 Mayda və niyə Laçında? – Mühüm mesaj

“Erməni soyqırımı” ilə bağlı şok etiraf: Həqiqət budur! - Video

Əliyev bu xahişi yerinə yetirdi - Kallas alqışladı

Kobaxidze İlham Əliyevi təbrik etdi

Laçında Üçtərəfli Zirvə Toplantısı keçiriləcək

Bu qərar şagirdlərdə psixoloji gərginlik yaradacaq - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla