Yuxarı

Qafarov: Zəfər paradı şanlı Qələbənin təntənəsi idi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2020-ci ilin sentyabr-noyabr aylarında qəhrəman ordumuzun apardığı və tarixi Qələbə ilə başa vurduğu Vətən müharibəsi kimin-kim olduğunu bütün dünyaya göstərdi. Müharibə dövründə Azərbaycan xalqı öz dəmir yumruğunu, birliyini və gücünü nümayiş etdirdi. Ali Baş Komandanın əmrinin icrasını təmin etmək üçün 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu və xalq Ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşərək indiyədək görünməmiş həmrəylik nümunəsi göstərdi.

Axar.az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat vurğulayıb ki, hərbi əməliyyatların davam etdiyi müddət ərzində Azərbaycan Ordusu yalnız irəli gedir, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edirdi. “Nəhayət, 2020-ci il noyabrın 10-da Ermənistan məcbur olub kapitulyasiya aktını imzaladı. Bu akta görə, Kəlbəcər, Laçın və Ağdam rayonları Azərbaycana qaytarıldı, həmin ərazilərdə üçrəngli bayrağımız dalğalandı. Azərbaycan müharibəni həm döyüş meydanında, həm də siyasi müstəvidə qazandı”.

2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında keçirilmiş Zəfər paradı ilə bağlı fikirlərini bölüşən K.Qafarov qeyd edib ki, bu önəmli tarixi hadisə şanlı Qələbənin rəmzi kimi Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunub:

“Zəfər paradı torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan qanlı döyüşlərdən qalib çıxmış, düşmənin belini “Dəmir yumruq”la qırmış əsgərlərimizin, zabitlərimizin, gizirlərimizin qalibiyyət yürüşü idi. Zəfər paradında 3000 nəfərlik şəxsi heyətin, 150-dək hərbi texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, hərbi gəmi və katerlərlə yanaşı, Azərbaycan Ordusunun döyüş meydanlarında məhv etdiyi, düşməndən qənimət götürdüyü hərbi texnikalar da nümayiş olundu. Şuşa şəhəri azad edildikdən sonra, Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağı parada gətirilərək bütün dünyaya nümayiş etdirildi”.

K.Qafarov Zəfər paradının həm də Azərbaycan-Türkiyə ittifaqının getdikcə daha da gücləndiyini bütün dünyaya bir daha nümayiş etdirdiyini vurğulayaraq deyib: “Üç il bundan öncə keçirilmiş Zəfər paradında Türkiyə və Azərbaycan prezidentləri yanaşı dayanıb bütün dünyaya ciddi mesajlar göndərdilər. Əsas mesajlardan biri də məhz bu idi ki, Azərbaycan artıq tək deyil. Həqiqətən də iki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə verilmiş ciddi mesaj idi. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçmələri də xalqlarımızın tarixində əbədi qalacaq qürurverici hadisə oldu. Həmin günü ölkəmizin bütün şəhərlərinin Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilməsi xalqlarımızın mənəvi yaxınlığının ən bariz təzahürü idi. Bütün dünya bir daha şahid oldu ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədi və sarsılmazdır”.

Deputat Azərbaycanın II Qarabağ savaşında əldə etdiyi tarixi Qələbənin möhtəşəmliyinin nümayişi baxımından Hərbi Qənimətlər Parkının xüsusi əhəmiyyətini də qeyd edib:

“Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təşəbbüsü ilə Bakıda, Yeni Bulvar ərazisində salınmış Hərbi Qənimətlər Parkında Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi - ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika – tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat vasitələri sərgilənir. Parkda təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır. Eksponatlar arasında Silahlı Qüvvələrimizin işğaldan azad olunan ərazilərdə ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanmasını təsdiq edən dəlillər, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları vardır. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini deyil, həm də məğlubedilməz erməni ordusu barədə illər boyunca formalaşdırılan mifi məhv etdi”.

Tarix
2023.12.10 / 11:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bolqarıstan parlamentinin sədri Azərbaycana gəldi

Çavuşoğlu buna görə Azərbaycana təşəkkür etdi

Azərbaycanın güclü olması bizi sevindirir - Tatar

Lavrov hədələdi: Kreml İrəvana nələr edəcək? - Video

İrəvan dəhlizin tam faydasını dərk edəcək – Əmirbəyov

Urmiyadan kürdlər “seçildi” – Azərbaycanlılar aksiyaya başladı

AP-nin Bakı qərəzi: Türkiyə artıq buna alışıb - Akyar

Bakıya qarşı “kəskin mövqeli” Marukyan niyə qovuldu?

Azərbaycanda ceyran dərisinə yazılan Quran satılır – Qiyməti

Bayramov ilk dəfə açıqladı: Berlində bunu müzakirə etdik

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla