Yuxarı

Heydər Əliyev İli: növbəti ağacəkmə aksiyaları - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Heydər Əliyev İli: növbəti ağacəkmə aksiyaları - Foto

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində Gəncə, Şimal-qərb və Şimal Regional Dövlət Yanğın Nəzarəti idarələrinin xidməti ərazilərində ağacəkmə aksiyaları keçirilib.

Axar.az xəbər verir ki, Gəncə şəhərində Heydər Əliyev park-kompleksində, Qəbələ şəhərində yerləşən akademik Zərifə Əliyeva adına parkda, Bakı-Quba avtomobil yolunun Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsindən keçən hissəsinin kənarında keçirilmiş aksiyalarda Gəncə, Şimal-qərb və Şimal Regional Dövlət Yanğın Nəzarəti idarələrinin əməkdaşları və müvafiq yerli icra hakimiyyətlərinin rəhbər heyəti iştirak edib.

Aksiyaların keçirilməsində məqsəd ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, eləcə də vətəndaşlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarət olub.

Aksiyalarda ümumilikdə 300-dən artıq müxtəlif növ ağac əkilib.

Tarix
2023.12.11 / 15:35
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin tapşırığı: İrana humanitar yardım yola salınır - Foto

Prezidentdən İran açıqlaması: Yanında olmağa davam edəcəyik

İran doğrudanmı F-35-ləri vurur? - Ekspert

Əliyevlə söhbətimdə bunu yüksək qiymətləndirdim - Pezeşkian

Yeni ödənişli yolun qiyməti nə qədər olacaq?

Dövlətlər buna sövq edilir - DTX rəisi

Tramp İran savaşını bu tarixdə bitirəcək

Ceyhun Bayramov uqandalı nazirlə görüşdü

Daha bir dələduzluq forması: “İran ordusuna yardım”... - Foto

Bu, əməliyyat şəraitinə ciddi təsir edir - Əli Nağıyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla