Yuxarı

Millət vəkili söz verdi: Kim istəsə, gəlsin “Çay evi”nə…

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkili söz verdi: Kim istəsə, gəlsin “Çay evi”nə…

Əvvəllər həmin ərazi bağ idi. Məscidin qarşısındakı böyük bir bağda Xudu Məmmədovun təşəbbüsü və layihəsi ilə “Çay evi” tikilmişdi. İndi yenidən həmin ərazidə beş hektarlıq bağ salınır.

Bu sözləri Axar.az-a millət vəkili Aqil Abbas Ağdamın “Çay evi”ndən danışarkən deyib.

O bildirib ki, şəhərin işğalından əvvəl mövcud olan bu “Çay evi” tamamilə dağıdılıb.

“Ağdamdakı “Çay evi” 3 mərtəbə idi. Zirzəmisində yeməkxana var idi. Bayırda da çay içmək olurdu. Bura Ağdamın məşhur yerlərindən sayılırdı. O “Çay evi”nin oxşarı Quzanlıda tikilmişdi, amma əlbəttə ki, özü deyil, oxşarıdır. Məsləhət olunub ki, həmin “Çay evi” olduğu kimi tikilsin. Hələ tikilsin, Ağdama əhali yığılsın, şəhər nəfəs alsın, insan nəfəsi ilə isinsin, geri dönəndən sonra mən də gedəcəm, Ağdamda yaşamaq istəyirəm. Kim istəsə, həmin “Çay evi”ndə qonaqlıq verəcəm. Nəinki “Çay evi”ndə, Ağdamın istənilən restoranında qonaqlıq verməyə hazıram”.

“Çay evi”nin memarı Naiq Səmədov bildirib ki, məsələ ilə bağlı təkliflərini bir müddət öncə verib:

“Əvvəllər də məsələ qaldırmışdım. Elbay Qasımzadə ilə görüşümüz də olmuşdu və təkliflər etmişdim. Bildirmişdim ki, bir neçə obyektin öz yerində, əvvəlki görüntüsü ilə qalması yaxşı olardı. Çünki Ağdam camaatı ora gedəndə ona bu yerlər nəsə xatırlatmalıdır. Yəni, bəzi unikal binalar var ki, onları saxlamaq lazımdır. Onlardan biri də “Çay evi”dir. Bilmirəm, bu, nə dərəcədə icra olunacaq? Rəsmi bir şey yoxdur. Bir-iki il bundan əvvəl belə bir məsələ qaldırıldı. Mənə dedilər ki, səni də dəvət edəcəyik. Sonra bu barədə söhbət olmadı. Mənə hazırda müraciət etməyiblər. Edərlərsə, öz təkliflərimi verərəm. Məsələn, mən ölçülərini dəyişməzdim, olduğu kimi qalardı. Proporsiyaları çox gözəldir. İndi o qədər müasir materiallar çıxıb ki, onlardan istifadə edərdim, lazımdır. 40 il bundan öncənin materialı ilə indiki bir deyil. Fasadında, içərisində isə müasir materiallardan istifadə etmək lazımdır”.

“Çay evi”nin bənzərinin Ağdamın Quzanlı kəndində olduğunu xatırladan Naiq Səmədov bildirib ki, o tikili uğurlu alınmayıb:

“Quzanlıda əvvəlki icra başçılarından biri mənə müraciət elədi. Elə başa düşdüm ki, özünə obyekt tikir. Təxmini eskiz elədim, layihəsini göndərdim. Özüm Bakıda yaşayıram, amma Quzanlıya gedib, tikinti prosesində iştirak edə bilmədim. Çox dəyişiklik oldu, proporsiyaları itirdilər, sütunlar qoydular. Tikinti şirkəti məsuliyyəti üzərinə görürmədi, bir sözlə, yaxşı alınmadı. Ağdamdakı “Çay evi” ilə Quzanlıda tikilənin arasında çox fərq var”.

Tarix
2023.12.29 / 08:30
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Azərbaycan və BMT arasında mühüm müzakirə...

Bakıda Azərbaycan-AB Təhlükəsizlik dialoqu keçirildi

ABŞ və İran razılaşdı - Təcili

Prezident Əminə Məhəmmədi qəbul etdi

Britaniya kralı İlham Əliyevə təbrik ünvanladı

Dünya liderləri İlham Əliyevi təbrik edir

Əminə Məhəmməd Azərbaycana gəldi

Şərifdən Əliyevə: Ərdoğanla birlikdə Azərbaycanda olmaq...

Yeni Kaledoniya məsələsi Fransanın daxili işi deyil - Xaokas

Emmanuel Makron İlham Əliyevə zəng vurdu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla