Yuxarı

Xocalı qan ilə yad ediləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xocalı qan ilə yad ediləcək

LAYF Xeyriyyə İctimai Birliyi bu il Xocalı faciəsinin qurbanlarının xatirəsini qanvermə aksiyaları keçirməklə yad edəcək.

Axar.az xəbər verir ki, qan aksiyaları ilə həm faciə qurbanları yad edilmiş olacaq, həm də irsi qan xəstəliyindən əziyyət çəkən vətəndaşlarımız ehtiyac duyduqları qanla təmin edilmiş olacaqlar.

Qan aksiyalarının LAYF Xeyriyyə İctimai Birliyi, Azərbaycan Kikboksinq Federasiyası, "Qaraçay Holdinq"in təşkilatçılığı və Mərkəzi Qan Bankının tibbi dəstəyi ilə keçirilməsi nəzərdə tutulub. Xocalı faciəsinin anımı məqsədilə ilk qan aksiyası 20 Fevral 2016-cı il tarixində saat 1000 -dan 1630 -a qədər M.K.Atatürk prospekti 33 c ünvanında yerləşən Azərbaycan Kikboksinq Federasiyasının mərkəzində baş tutacaq. Anım gününə həsr edilmiş növbəti qan aksiyası isə 26 Fevral 2016-cı ildə saat 10 00 -dan 16 30 -a qədər "Qaraçay Holdinq"in Xudu Məmmədov 4c ünvanında yerləşən mərkəzi ofisində keçiriləcək. Qan aksiyalarında toplanılan qanların irsi qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlarımıza heç bir qarşılıq gözlənilmədən verilməsi nəzərdə tutulur.

Tarix
2016.02.08 / 15:42
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıdan Kremlə Qarabağ xatırlatması: Heç bir ölkə...

Kremldən Qarabağ açıqlaması: Putin bunu istəyir...

Zori Balayan öldü

Rövnəq Abdullayevlə bağlı qərar: 16 illik fəaliyyət dövrü

Xəzərin səviyyəsi 20 illik azalmadan sonra sabitləşdi

Azərbaycan üzərindən malların tədarükü... - Papoyan

Azərbaycanlı xanım Nyu Yorkdan elə video paylaşdı ki...

Əliyevin bu sözləri Türk dünyasında böyük əks-səda doğurdu

İlham Əliyev Seneqal prezidentini təbrik etdi

Azərbaycan bundan ən çox zərər çəkən ölkələrdəndir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla