Yuxarı

Yolların çəkilməsinə 8 milyard vəsait xərclənib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Regionun ən böyük nəqliyyat layihələrindən biri olan Bakı-Tiflis-Qars dəmir yolu xəttinin tərkib hissəsi olan yeni Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksində tikinti sürətlə davam edir".

"Axar.az" xəbər verir ki, bunu Nəqliyyat Naziri Ziya Məmmədov 2009-2013-cü illərdə regionların sosial-iqtisadi inkişaf proqramının yekunlarına həsr olunan iclasda deyib.

Onun sözlərinə görə, Ələt qəsəbəsində tikilən həmin Kompleksin ərazisində uzunluğu 7,5 kilometr, dərinliyi 7 metr və eni 165 metr olan kanal açılıb:

"Hazırda bərə və quru yük terminallarında işlər sürətlə aparılır. Bərə terminalı bu il istismara hazır olacaq. Bundan əlavə, limanın magistral avtomobil və dəmir yollarına bağlantısı üzrə işlər yerinə yetirilir".

Z.Məmmədov 2004-2013-cü illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramları çərçivəsində 8 min 332 kilometr avtomobil yolunun çəkildiyini deyib. Bunun 2 min 622 kilometri respublika, 5 min 710 kilometri yerli əhəmiyyətli yollardır. Nazir bu illərdə 222 körpü və yol ötürücüsünün tikildiyini, 85 körpünün isə əsaslı təmir olunduğunu bildirib:

"400 kilometrdən çox dəmir yolu əsaslı təmir olunub, regionlarda yeni 4 hava limanı tikilib, 2 liman tam yenidən qurularaq istismara verilib. Yeni hava gəmiləri alınıb. Yol-nəqliyyat kompleksi üzrə bu tədbirlərin yerinə yetirilməsinə müxtəlif mənbələrdən 8,2 milyard manat vəsait sərf olunub".

Qeyd edək ki, proqram çərçivəsində Bakı–Ələt-Gürcüstanla dövlət sərhədi, Bakı–Quba–Rusiya ilə dövlət sərhədi, Ələt–Astara–İranla dövlət sərhədi magistral avtomobil yollarında yenidənqurma işləri aparılıb.

Z.Məmmədov qeyd edib ki, Bakı–Hacıqabul-118 kilometr, Yevlax–Gəncə-87 kilometr, Gəncə dövrələmə - 39 kilometr, Bakı–Gəndob-132 kilometr və Ələt–Kürsəngi-30 kilometr avtomobil yollarının 4 zolaqlı, Bakı–Şamaxı-118 kilometr və Hacıqabul – Bəhrəmtəpə istiqamətində 50 kilometr avtomobil yollarının isə ikinci texniki dərəcəyə uyğun çəkilib. Nazir beynəlxalq əhəmiyyətli magistral yolların qalan hissələrinin də 4 zolaqlı olmaqla yenidən qurulması işlərinın davam etdirildiyini deyib.

Tarix
2014.02.06 / 12:42
Müəllif
Fərqanə Vəkilova
Digər xəbərlər

Bayramov Nəhyanla regionu müzakirə etdi

Yeni açılan Ağdam Avtovağzal Kompleksindən görüntülər

İranlı nazirə canlı yayımda “donuz” dedilər - Qalmaqal

Prezident bu sözləri deyərkən kövrəldi - Video

İlham Əliyev onları ayaqüstə alqışladı - Video

Mehriban Əliyeva Ağdam səfərindən video paylaşdı

Prezidentin vətəndaşla söhbəti: Mənim də ad günümdür - Video

Yekun qərarı Bakı verəcək - Ərdoğanın müşaviri

Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışında

Prezident kanat yolundan danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla